Müşfiqabad qazsız qaldı – Problem həll edilir

Bu gün səhər saatlarından etibarən Müşfiqabad qəsəbəsində təbii qazın verilişində məhdudiyyət yaranıb.
Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azəriqaz İB-in mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, ərazidən keçən qaz xəttində sızma olduğu üçün problemin aradan qaldırılmasına başlanılıb:
"Aparılan işlərin təcili bitməsi üçün əməkdaşlarımız tam qüvvələri ilə çalışırlar. Hazırda ərazidə iş gedir. Tez bir zamanda işlər yekunlaşdırılacaq və qazın verilməsi bərpa ediləcək”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























