“Palmali Group”dan SOCAR-a növbəti cavab-Rəsmi sənədlər var

SOCAR-la "Palmali Group” arasında bir-birinə yönəlik açıqlamalar son günlər ölkə mediasının əsas müzakirə mövzusuna çevrilib.
Anews.az xəbər verir ki, bu gün SOCAR yenidən açıqlama yayaraq, "Palmali Group”la hər hansı ortaqlıq olmadığını, birgə əməkdaşlıq zamanı bu şirkətin ona külli miqdarda borcu qaldığını bəyan edib.
"Palmali Group”dan isə SOCAR-ın bu açıqlamasına cavab gecikməyib.
Anews.az-ın sorğusuna cavab olaraq, "Palmali Group”dan bildirilib ki, iki şirkət arasında ortaqlıq olub və bu danılmazdır: "Ortaqlığımızı izbat edən rəsmi sənədlər var. Həmin sənədlərdə SOCAR rəhbərliyinin və rəhbərliyə daxil olan şəxslərin yaxınlarının imzaları var”.
"Palmali Group” onu da bəyan edir ki, SOCAR-ın bu quruma külli miqdarda borcu var: "Ortada bir borc məsələsi var və bu da SOCAR-ın bizə olan borcudur”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























