Yarmarkalarda qiymətlər aşağı düşüb

Bayramdan sonra yarmarkalarda bəzi məhsulların qiyməti aşağı düşüb.
"Xəzər TV” məlumatına görə, ümumilikdə bazarla müqayisədə yarmarkalarda nisbətən ucuzluq müşahidə olunur. Alıcılıq qabiliyyəti isə əvvəlki aylara nisbətən zəifləyib.
Həftə sonları paytaxtda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təşkil edilən yarmarkalarda meyvə və tərəvəzlər digər bazarlarla müqayisədə bir qədər ucuz qiymətə satılır.
Alma 1 manata, armud 1 manata , naringi isə 1 manat 70 qəpiyə təklif edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























