• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “çürük banklar”ın sayı artır

Azərbaycanda “çürük banklar”ın sayı artır
21.01.2018 22:48
2014-cü ilin sonlarından başlayaraq neftin ucuzlaşması fonunda gəlirlərin azalmasının fəsadları ilk növbədə Azərbaycanın bank sektorunu vurdu. Bankların sayı 45-dən 30-a endi. 15 bank faktiki olaraq ölkədə baş vermiş devalvasiyanın "qurbanı” oldu. Nəticədə iqtisadi geriləmə başladı, kreditləşmə kəskin olaraq aşağı düşdü, xərclərin optimallaşdırılması siyasəti altında filial, kadr və maaş ixtisarları geniş vüsət aldı. Bankların aktivləri sürətlə azaldığı bir vaxtda passivləri artmağa başladı. 

Ekspertlər yenicə daxil olduğumuz 2018-ci ildə də 10-a yaxın bankın bağlanacağı anonsunu veriblər. 

İqtisadçı Vüqar Bayramov modern.az-a deyib ki, V.Bayramov deyib ki, bütövlükdə 10-a yaxın bankın sağlamlaşdırılmasına ehtiyac var:


"Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların sağlamlaşdırılması prosesinə kompleks yanaşmalıdır. "Çürük bank”ların sağlamlaşdırılması və konsolidasiya prosesinin dəstəklənməsi mütləqdir. Bizə daxil olan müraciətlər göstərir ki, artıq öz funksiyalarını tam və ya qismən yerinə yetirə bilməyən bankların sayı artır”. 


Ekspert bildirib ki, üzərinə düşən öhdəlikləri yerinə yetirə bilməyən bankların fəaliyyət göstərməsi lüzumsuzdur.


Məsələ ilə bağlı modern.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirib ki, hazırda bank sektorunun sağlamlaşdırılması prosesləri davam edir:


"Bununla bağlı banklar tərəfindən əlavə səhm emissiyası, öhdəliklərin kapitala transformasiyası və ya digər banklarla konsolidasiyası da daxil olmaqla işlər aparılır. Maliyyə Bazarlarına Nəzarət Palatası kapital dayanıqlığının artırılması istiqamətində banklar tərəfindən görülən işləri dəstəkləyir və proseslərin prudensial həyata keçirilməsinə nəzarət edir. Aparılmış işlərin nəticəsi olaraq son iki ildə bank sektorunda kapitallaşmanın ən sağlam komponenti olan səhmdar kapitalı 1.1 milyard manat həcmində artıb”.


Rəsmi məlumatda qeyd olunub ki, manatın məzənnəsinin stabilləşməsi fonunda milli valyutaya inamın bərpası və əmanətlərin dedollarlaşması üzrə mövcud meyllərinin 2018-ci ildə də davam edəcək.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol