Türkmənistan gəmisi Bakıda dayandı

Türkmənistanın Dəniz Ticarət Donanmasına məxsus RO-RO tipli "Berkarar” gəmisi "Zığ” Gəmi Təmiri və Tikintisi zavodunda təmirə dayanıb.
Xəzər Dəniz Gəmiçiliyi QSC-dən Axar.az-a verilən məlumata görə, zavodda gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi və üçqat boya ilə rənglənməsi həyata keçirilir. Eyni zamanda hər iki baş mühərrik, dizel generatorlar, 6 nasos təmir olunur.
"Berkarar” gəmisinin boru və elektrik sistemlərində də təmir işləri görülür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























