“Qara bazar” elə sürətlə inkişaf edib ki...”

Maliyyə Bazarlarına Nəzarət Palatası yanvarın 5-də "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nı təsdiqləməklə "exchange”lərin fəaliyyətinə yaşıl işıq yandırdı. Yeni qaydalarda şərtlər kifayət qədər sərtləşdirilsə də, hələ də paytaxt küçələrində valyutadəyişmə məntəqələrinin (VDM) açılması müşahidə olunmur. Bəs görəsən, VDM-lərin açılması niyə bu qədər gecikir? Sahibkarları bu sahəyə yatırım etməkdən çəkindirən səbəb nədir?
Qeyd edək ki, şərtlərdən biri də odur ki, valyuta dəyişmə əməliyyatları ilə məşğul olmaq istəyənlər lisenziya almalı, 50 min dollar və 50 min manat həcmində kapital qoyuluşu həyata keçirməlidirlər. Güman olunur ki, bu məbləğdə bir vəsaitin ilkin mərhələdə tələb olunması da investorları çəkindirən əsas amillərdən biridir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























