• $
  • €
  • ₽
  • ₺
  • £

BP 150 gənci sevindirdi

BP 150 gənci sevindirdi
31.01.2018 20:17
BP və onun Azəri-Çıraq-Günəşli, Bakı-Tbilisi-Ceyhan, Şahdəniz və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki tərəfdaşları – SOCAR, TPAO, PETRONAS, Chevron, LUKOİL, NİCO, Statoil, INPEX, ExxonMobil, SGC, ITOCHU, ONGC, TOTAL, Eni – bu gün Bakı yaxınlığında yerləşən Ümid, Sahil, Əzimkənd və Səngəçal qəsəbələrindən olan 100 nəfər icma üzvünə İnformasiya Texnologiyaları (İT) sertifikatları təqdim etdi.

Bu layihə BP və tərəfdaşlarının qonşuluğumuzdakı icmalarda bacarıq və səriştələrin artırılmasına dəstək olmaq  öhdəliyinin bir hissəsidir. Layihə xüsusi olaraq icma üzvlərinin İT bacarıqlarının və səriştələrinin inkişafına yönəlib. Bu da öz növbəsində iştirakçıların məşğulluq imkanlarını  və əmək bazarında rəqabət qabiliyyətini artıracaq.

Bundan  bir il öncə BP və tərəfdaşlarının maliyyələşdirdiyi həmin layihənin 1-ci fazası çərçivəsində İT-nin Əsaslarına dair Kursdan məzun olmuş 50 icma üzvünə də sertifikatlar verilmişdir. 1-ci  faza uğurlu olduğuna görə, 2-ci faza daha geniş miqyasda planlaşdırılaraq həyata keçirilib. 2-ci faza  Qaradağ rayonundan 100 nəfər icma üzvünü (Ümid, Sahil, Əzimkənd və Səngəçal qəsəbələrinin nümayəndələrini) və BP-nin əməliyyatçısı olduğu boru kəmərləri boyunca yerləşən Yevlax, Goranboy, Samux, Şəmkir, Tovuz və Ağstafa rayonlarındakı icmalardan seçilmiş əlavə 100 nəfəri əhatə edib. Bundan əlavə, 2-ci faza çərçivəsində 1-ci fazada keçirilmiş CİSCO təlim kurslarını bitirmiş 19 ən yüksək nəticə göstərmiş məzuna dəstək verilib - onlara qabaqcıl İT bacarıqlarına yiyələnmək və məzun olduqdan sonra beynəlxalq miqyasda tanınmış "Cisco Certified Network Associates” sertifikatı üzrə imtahanlardan uğurla keçmələri üçün ingilis dili biliklərini təkmilləşdirmək imkanı yaradılıb.

Qaradağ rayonundan olan iştirakçılar üçün təlimlər Bakıda keçirilib, boru kəmərləri boyunca yerləşən rayonlardan olan digər qrup üçün  isə təlimlər Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetində xüsusi qaydada təşkil olunub. Bütün təlimlər Bakıda yerləşən Beynəlxalq Təlim və Layihə Mərkəzinin sertifikatlı peşəkar mütəxəssisləri tərəfindən keçirilib.

Təlim proqramı kompyuter üzrə proqram təminatı  və avadanlıq sahəsində lazımi  bilgilər verməklə əhalinin İT vərdişləri tələb edən işlərə getdikcə artan ehtiyaclarını ödəməyə kömək etmək məqsədi daşıyır. Təlim proqramının əhatə etdiyi əsas sahələr bunlardır: dizüstü kompyuterlər və mobil cihazlar, kabelsiz bağlantı, texniki təhlükəsizlik, ətraf mühit və ünsiyyət məsələləri ilə bağlı bacarıq və biliklər.

31 yanvar tarixində BP və tərəfdaşlarının keçirdiyi sertifikatların təqdim olunması tədbirində çıxış edən BP-nin Əlaqələr, Xarici İşlər və Strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: "Bu layihənin hər iki fazasında, 250 iştirakçının hamısının yüksək nəticələr əldə etdiyindən məmnunuq. Bu insanlar öz karyeralarının inkişafına və ümumilikdə yaşayış səviyyələrinin artırılmasına kömək edə biləcək bacarıq və biliklərə yiyələniblər.

Peşə təlimi və yeni bacarıqların inkişaf etdirilməsi BP və tərəfdaşlarının Azərbaycanda sosial sərmayə fəaliyyətlərinin prioritet sahələrindən biridir. İnanırıq ki, bu yolla qonşuluğumuzdakı icmalara öz gələcək karyeralarını daha əminliklə qurmağa kömək edirik. BP və tərəfdaşları qonşuluğumuzdakı icmalarla sıx işləməyə və onlara dəstək verməyə davam edəcək.”

Layihənin 2-ci fazası 2016-cı ilin yanvar ayında başlayıb və 2017-ci ilin dekabr ayında başa çatıb. Layihənin 1-ci və 2-ci fazaları üzrə ümumi dəyəri təxminən 155000 AZN təşkil edir.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol