• $
  • €
  • ₽
  • ₺
  • £

Deputatlar bazar qiymətləri ilə tanış oldular

Deputatlar bazar qiymətləri ilə tanış oldular
03.02.2018 21:08
Milli Məclisin deputatları bu gün Gəncə şəhər bazarlarında qiymətlərlə bağlı monitorinq keçiriblər.

AzVision.az-ın məlumatına görə, Milli Elmlər Akademiyasının Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, deputatlar Pərvin Kərimzadə və Naqif Həmzəyev "Grand Qafqaz” Ticarət Kompleksində olub, burada yaradılan şəraitlə maraqlanıblar. Onlar Gəncə memarlığına xas üslubda, qırmızı kərpiclə tikilən "Grand Qafqaz” Ticarət Kompleksin bir-birindən yaraşıqlı, geniş və işıqlı mağazalarını gəzib, satıcılar, alış-veriş üçün bura üz tutan səhər sakinləri ilə səmimi söhbətlər aparıblar. 

Sakinlər Ticarət Mərkəzindəki səliqə-sahmandan, göstərilən xidmətdən razılıq edərək bildiriblər ki, daha alış-veriş edərkən əsəb gərginliyi, vaxt itkisi deyil, göstərilən xidmətlərdən məmnunluq hissləri keçirirlər. Vurğulayıblar ki, kompleksin "Gəncə səbəti” adlanan hissəsində hər cür ərzaq və qeyri-ərzaq məhsullarını tapmaq mümkündür.

Bildirilib ki, müasir dünyada ticarət xidmətləri sürətlə inkişaf edir. Bütün dünyada olduğu kimi, Gəncə şəhərində də ticarət xidmətləri modernləşir, sakinlərin rahatlığını, vaxt itkisinin qarşısını almaq üçün yeniliklər tətbiq olunur. 

Prezidenti İlham Əliyevin xeyir-duası ilə 2017-ci il noyabrın 10-da şəhər sakinlərinin istifadəsinə verilən "Grand Qafqaz” Ticarət Kompleksinin inşasına 2014-cü ilin may ayında başlanılıb, 2017-ci ilin oktyabr ayında isə tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 20 hektar, tikinti altı sahəsi isə 83 min 500 kvadratmetr olan kompleksdə hər biri 44 min 100 kvadratmetrlik "modul” tipli beş "Yaşıl market” topdansatış mərkəzi inşa edilib. Burada kənd təsərrüfatı və ərzaq məhsullarının saxlanması üçün ay ərzində min ton məhsul qəbuletmə imkanına malik, ümumi sahəsi 4 min 500 kvadratmetr olan anbar tikilib, 5 min 400 kvadratmetr sahədə soyutma sistemi quraşdırılıb. Kənd təsərrüfatı məhsullarının satışı üçün 9 min kvadratmetr sahədə 2 min 500, o cümlədən meyvə-tərəvəz məhsulları üçün 2 min, ət və süd məhsulları üçün 500 satış yeri yaradılıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol