• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda “exchange” bumu yaşanacaq

Azərbaycanda “exchange” bumu yaşanacaq
05.02.2018 13:43
Hazırda Azərbaycanda valyutadəyişmə məntəqələri - "exchange” açmaq istəyən banklar və fərdi sahibkarlar həddən artıq çox olsa da, hələlik bununla bağlı müraciətlər qəbul edilmir.
 
Anews.az Fed.az-a istinadən xəbər verir ki, məntəqələrin fəaliyyəti ilə bağlı qaydalar təsdiqlənsə də, müəyyən tənzimləmə müxanizmləri üzərində işlər davam edir.
 
Maliyə Bazarlarına Nəzarət Palatasından bildirilib ki, valyutadəyişmə məntəqələrinə lisenziyaların verilməsinə bu sahə ilə bağlı bütün normativ xarakterli hüquqi aktlar qüvvəyə mindikdən sonra başlanılacaq. Yəni, hazırda bəzi tənzimləmə məsələləri üzrə yekun razılıq üzərində iş gedir deyə, lisenziyalar üçün müraciətlər hələ qəbul edilmir. 
 
Ötən iki ildə bankların əsas gəlir mənbələri dollar alqı-satqısından formalaşdığından valyutadəyişmə məntəqələrinin açılması əlbəttə, onların gəlirlərinə mənfi təsir göstərəcək. Odur ki, banklar bu məsələdə daha aktiv olmağa çalışırlar. Bəs, bu məntəqələrin sayı ilə bağlı banklara hər hansı məhdudiyyət tətbiq edilibmi?
 
Palata açıqlayıb ki, banklar tərəfindən valyuta mübadiləsi şöbələrinin açılması "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları” əsasında həyata keçiriləcək. Bu sahədə say məhdudiyyəti isə tətbiq olunmur.

Amma valyuta mübadiləsi fəaliyyətinə icazə almaq istəyən bank şöbəsi "Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”ndan irəli gələn tələblərə tam cavab verməlidir, əks halda imtina verilə bilər.
  
Qeyd edək ki, valyuta məntəqələrinin açılması "Valyuta tənzimi haqqında” qanunla tənzimlənir. Qanunda isə valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən rezident hüquqi şəxslərlə yanaşı, qeyri-rezident hüquqi şəxslərlə bağlı hallar da öz əksini tapır.

Valyuta mübadiləsi məntəqələri açmaq üçün tələblər 21 dekabr 2017-ci il tarixdə Palata tərəfindən təsdiq edilmiş "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası” ilə müəyyən edilmişdir. Qeyd olunan sənədlə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz:


Onu da bildirək ki, "Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən valyuta mübadiləsi məntəqəsi köşk formasında, ayrıca binada və ya binanın küçəyə çıxışı olan hissəsində təşkil edilir. Binanın daxilinə çıxışı olan valyuta mübadiləsi məntəqələri yalnız mehmanxanalarda, vağzallarda, limanlarda açılır. Ümumiyyətlə əhalinin kütləvi olduğu yerlərdə, o cümlədən turistlərin rahatlığı üçün vağzalda, hava limanı və digər yerlərdə "excange”lərin açılması prioritetdir.
 
Valyuta mübadiləsi fəaliyyətini lisenziya almadan həyata keçirən şəxslər, qanunsuz sahibkarlıq fəaliyyətə görə müvafiq olaraq inzibati və cinayət məsuliyyətinə cəlb edilə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol