• $
  • €
  • ₽
  • ₺
  • £

BP: Neftin bir barelinin qiyməti 50-55 dollar olacaq

BP: Neftin bir barelinin qiyməti 50-55 dollar olacaq
06.02.2018 15:12
BP şirkətinin 2017-ci ildə gəlirləri iki dəfədən çox artaraq 6,2 mlrd. dollara çatıb.

"APA-Economics”in məlumatına görə, bunu BP-nin maliyyə direktoru Brayan Gilveri (Brian Gilvary) "Reuters” agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, buna səbəb neftin qiymətinin yüksəlməsi, həmçinin neft və qaz hasilatının artmasıdır. Bu da şirkətə səhm alışı həyata keçirməyə imkan verib.

O bildirib ki, 2018-ci ildə neftin bir barelinin qiyməti 50 dollar olacağı halda gəlir əldə edə biləcək: "Şirkətin bütün il ərzində istehsalı 12% artaraq gündəlik olaraq 2,47 mln. barelə çatıb. Buna səbəb isə 2017-ci ildə BP-nin 7 yeni neft və qaz yataqlarının istismara verməsi olub. Ötən il BP-nin emal və ticarətdən əldə etdiyi gəlirləri də 7 mlrd. dollara qədər artıb. 2017-ci ilin dördüncü rübündə şirkətin pul axını 6,2 mlrd. dollara qədər artıb”.

B. Gilvari bildirib ki, ötən ilin dördüncü rübündə şirkətin mənfəətinin qiymətləndirməsindən sonra xalis mənfəəti 2,1 mlrd. dolları ötüb. Bu da analitiklər tərəfindən verilən 1,9 mlrd. dollarlıq proqnozdan çoxdur. Şirkətin bütün il üzrə kapital xərcləri 16,6 mlrd. dollara çatıb ki, bunun da 2021-ci ilə qədər saxlanılması planlaşdırılır.

B. Gilvari qeyd edib ki, bu ilin yanvar ayında neftin qiymətinin ciddi artımına və üç illik maksimuma çatmasına baxmayaraq, ilin sonunda neftin bir barelinin qiymətinin 50-55 dollara qədər azalacağı gözlənilir. 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol