• $
  • €
  • ₽
  • ₺
  • £

Caspian Asian Club yaradılıb

Caspian Asian Club yaradılıb
07.02.2018 12:39
Caspian European Club və Caspian Energy İnternational Media Group-un dəstəyilə yaradılmış Caspian Asian Club adlı yeni sahibkarlar ittifaqı fəaliyyətə başlayıb. Bu barədə Caspian European Club və Caspian American Club-un sədrinin birinci müavini Telman Əliyev məlumat verib.

Onun sözlərinə görə, Caspian Asian Club-un yaradılması Asiya qitəsi ölkələrinin şirkətlərinin Xəzər-Qara dəniz regionu şirkətləri ilə biznes-dialoqunun növbəti inkişaf və fəallaşma mərhələsi olacaq.

"Caspian Asian Club iki il ərzində Caspian European Club ilə paralel fəaliyyət göstərəcək. Caspian Asian Club-un Sədri Azərbaycan Respublikası Prezidenti Zati-aliləri cənab İlham Əliyev, Caspian Asian Club sədrinin birinci müavini isə Telman Əliyevdir. İdarə heyətinin və icraiyyə komitəsinin üzvləri hər iki təşkilat üçün eyni olacaq. Caspian Asian Club-un baş icraçı direktoru yaxın vaxtda elan ediləcək”, - deyə Telman Əliyev çıxışına davam edib.

O həmçinin qeyd edib ki, Caspian European Club-a daxil olan bütün şirkətlər avtomatik şəkildə Caspian Asian Club-un tərkibinə daxil ediləcəklər.

"Caspian Asian Club-un yaranmasına təkan verən amil Caspian European Club-un üzv şirkətləri ilə əlaqələr qurmaq istəyən Asiya qitəsi, həmçinin iqtisadiyyatın müxtəlif sahələrinə aid ixracyönümlü məhsullar istehsal edən və öz məhsul və xidmətləri ilə Asiya ölkələrinin bazarlarına çıxmaq niyyətində olan Xəzər-Qara dəniz regionu ölkələrinin şirkətlərinin müraciətləri olub. Biz bunun həmçinin Asiya qitəsi ölkələri ilə Xəzər-Qara dəniz regionu dövlətləri arasında qarşılıqlı turizm axınının artmasına müsbət təsir göstərəcəyinə əminik”,- deyə Telman Əliyev vurğulayıb.

O əlavə edib ki, Caspian European Club kimi Caspian Asian Club-un da mənzil-qərargahı Bakıda yerləşəcək.

Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Caspian European Club yarandığı ilk gündən neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə kömək edir. Sıralarında beş mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian Asian Club, Caspian American Forum, CEO, CEO Breakfast, CEO Brunch, CEO Lunch, CEO Party, CEO Cocktail, Caspian Energy TV, Caspian Energy Photo, Caspian Energy Marketing, Brand Award və digərləri qeydiyyatdan keçmiş ticarət markalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol