“Dəmirbank” əmanətçilərinə 27 mln manatdan artıq pul ödənib

Əmanətlərin
Sığortalanması Fondu 1 fevral 2018-ci il tarixindən etibarən ləğv prosesində
olan "DəmirBank” ASC-də qorunan əmanətlər üzrə kompensasiyaların verilməsi
prosesinə başlayıb.
Azərbaycan
Respublikasının iqtisadiyyatında nağdsız dövriyyənin həcminin yüksəldilməsi və
ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən
islahatları nəzərə alaraq, ləğv prosesində olan "DəmirBank” ASC-də qorunan əmanətlər
üzrə kompensasiyalar ilk dəfə olaraq nağdsız qaydada "Kapital Bank” ASC-nin
adlı debet kartları və "Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.
Bu addım ödəniş prosesinin şəffaf keçirilməsinin bariz nümunəsidir və qorunan əmanətçilər
tərəfindən rəğbətlə qarşılanır. Kompensasiyaların ödənilməsi "KapitalBank” ASC-nin
26 filialında aparılır.
7 fevral tarixi
də daxil olmaqla, indiyədək əmanətçilərə 27 milyon manatdan artıq kompensasiya ödənilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























