• $
  • €
  • ₽
  • ₺
  • £

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə!
09.02.2018 10:45
Dövlət İmtahan Mərkəzi mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanlarında - ümumilikdə 11 dövlət orqanında inzibati vəzifələrin 5-7-ci təsnifatlarına uyğun olan 193 vakant icraçı vəzifələri üzrə (BA və BB vəzifə qrupları üzrə) dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsini elan edib.
 
Mərkəzdən AzVision.az-a verilən məlumata görə, müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyat bir ay – martın 9-dək davam edəcək.

Namizəd dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikata uyğun olaraq müsabiqənin müsahibə mərhələsində iştirak edir. Müsabiqənin müsahibə mərhələsində iştirak etmək istəyən namizəd "Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə Mərkəzin internet portalına daxil etdiyi məlumatlarda və sənədlərdə dəyişikliklər olduqda, portalda müvafiq düzəlişlər etməlidir. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməli və martın 9-u saat 18:00-dək Mərkəzin portalı vasitəsilə müsahibədə iştirak üçün müraciət etməlidir.

Müsabiqəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (73 vakant vəzifə), Dövlət Statistika Komitəsi (51 vakant vəzifə), Ekologiya və Təbii Sərvətlər Nazirliyi (46 vakant vəzifə), Gənclər və İdman Nazirliyi (6 vakant vəzifə), Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (3 vakant vəzifə), Tarif Şurasının Katibliyi (1 vakant vəzifə), Sumqayıt Apelyasiya Məhkəməsi (3 vakant vəzifə), Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi (2 vakant vəzifə), Sabirabad Rayon Məhkəməsi (4 vakant vəzifə), Lerik Rayon Məhkəməsi (2 vakant vəzifə), Cəbrayıl Rayon Məhkəməsi (2 vakant vəzifə) vakant yer təqdim edib.

Müsabiqəyə çıxarılmış 193 vakant inzibati vəzifədən 8-i BA vəzifə qrupu, 185-i isə BB vəzifə qrupuna uyğundur.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol