Rabitəbank-ın adı dəyişəcək

"Rabitəbank" yaxın bir il ərzində rebrendinqə hazırlaşır, bunu jurnalistlərlə söhbətində Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev bildirib.
Onun sözlərinə görə, rebrendinq eləməyin məqsədi müasir iqtisadi tələblərə uyğun, daha lakonik adla maliyyə bazarına daxil olmaqdır.
Zakir Nuriyev həmçinin yaxın vaxtlarda bankın kapitalını 20 milyon manat artırmaq niyyətində olduğunu da bildirdi. Hazırda bu bankın kapitalı 88,5 milyon manat təşkil edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























