• $
  • €
  • ₽
  • ₺
  • £

Samir Hacıyev Caspian Asian Club-un baş icraçı direktoru təyin olunub

Samir Hacıyev Caspian Asian Club-un baş icraçı direktoru təyin olunub
14.02.2018 10:34
Samir Hacıyev bu yaxınlarda yaradılmış Caspian Asian Club-un baş icraçı direktoru vəzifəsinə təyin edilib. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib. Telman Əliyev qeyd edib ki, cənab Hacıyev son iki ildə Caspian European Club-un hüquq komitəsinə uğurla rəhbərlik edib.

Samir Hacıyev 2000-ci ildə "Təfəkkür” Universitetində hüquq ixtisası üzrə bakalavr dərəcəsi, 2003-cü ildə London Sığorta İnstitutunun sertifikatını alıb, 2006-cı ildə "Beynəlxalq hüquq və hüquqşünaslıq” ixtisası üzrə Bakı Dövlət Universitetinin magistraturasını bitirib. Cənab Hacıyev peşəkar karyerası dövründə müxtəlif sığorta şirkətlərində və beynəlxalq hüquq firmalarında rəhbər vəzifələri tutub. Hazırda PwC Azerbaijan hüquq praktikasının direktoru və rəhbəridir. Ailəlidir, iki övladı var.

Samir Hacıyev göstərilən etimada və ona yaradılmış yeni imkana görə Caspian European Club-un rəhbərliyinə minnətdarlığını bildirib.

Caspian European Club Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyilə 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

Yarandığı gündən Caspian European Club neft sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsinə yardım edir. Sıralarında 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club dünyanın 70 ölkəsində fəaliyyət göstərir, dövlət qurumları ilə özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində fəal iş aparır.

Caspian Energy, Caspian Energy Forum, Caspian Energy Award, Caspian Energy Club, Caspian European Club, Caspian Business Club, Caspian American Club, Caspian Asian Club, Caspian American Forum, CEO, CEO Breakfast, CEO Brunch, CEO Lunch, CEO Party, CEO Cocktail, Caspian Energy TV, Caspian Energy Photo, Caspian Energy Marketing, Brand Award və digərləri qeydiyyatda keçmiş ticarət marakalarıdır və Caspian Energy International Media Group-a məxsusdurlar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol