• $
  • €
  • ₽
  • ₺
  • £

Vahid Əhmədov problemli kreditlər məsələsini qaldırdı

Vahid Əhmədov problemli kreditlər məsələsini qaldırdı
14.02.2018 15:28
Dollarla olan kreditlərlə bağlı məsələ yenə gündəmdədir və bu baxımdan, ümid edirik, bu problem, nəhayət, yaxın zamanlarda öz müsbət həllini tapacaq.

Anews,az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin fevralın 14-də baş tutan iclasında çıxışı zamanı deyib.

V. Əhmədov qeyd edib ki, ölkə prezidenti İlham Əliyev xüsusilə regionların inkişafı ilə bağlı məlum konfransda çox ciddi mesajlar verdi:

"Həmin çıxışda mühüm məsələlər qabardıldı, uğurlar dilə gətirildi. Bu baxımdan, ölkə iqtisadiyyatının inkişafı göz qabağındadır, müsbət saldoya nail olunub. Həmçinin, ölkədə manatın sabitliyini qoruyub-saxlamaq mümkün olub. 

Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun da bu yöndə fikirləri, proqnozları nikbindir. Eyni zamanda, onun dünənki çıxışında hamımızı narahat edən bir məsələyə də toxunuldu və vurğulandı ki, dollarla olan kreditlərlə bağlı məsələ gündəmdədir. 

Ona görə, ümid edirik, bu problem yaxın zamanlarda öz müsbət həllini tapacaq, insanlarımızı son üç ildə üzləşdikləri ciddi problemdən qurtarmaq mümkün olacaq. 

Vergilər Nazirliyinə yeni şəxsin gəlməsi ilə bu sahədə müsbət dəyişikliklərin baş verəcəyi gözlənilir. Yəni, vergi orqanlarında, vergi sistemində də mühüm dəyişikliklər baş verəcək. Buna ümidlərimiz var, nazir Mikayıl Cabbarovun fikirləri bu nikbinliyə ümidlər yaradır”.

Millət vəkili Rəqabət Məcəlləsinin qəbulunun vacibliyini dilə gətirib:

"Belə çıxır ki, bu il bu Məcəllənin müzakirəsi və qəbulu mümkün olmayacaq. Ancaq həmin Məcəllənin qəbulu vacibdir və qaçılmazdır”.

Rəqabət Məcəlləsi ilə bağlı məsələyə toxunan komitə sədri, akademik Ziyad Səmədzadə isə deyib ki, Məcəllənin müzakirəsi gündəmdədir:

"Milli Məclisin sədri cənab Oqtay Əsədovun yanında da bu məsələ müzakirə olundu və bildirildi ki, yaxın gələcəkdə onun müzakirəyə çıxarılması istisna deyil. Amma gərək həmin sənəd Prezident Administrasiyasının müvafiq şöbəsindən Milli Məclisə gəlsin, sonra onu müzakirələrə çıxaraq.

Ancaq Allaha şükür ki, bu məsələdə boşluqları doldurmaq üçün qanunlarımız var. Bununla belə, hesab edirik ki, Rəqabət Məcəlləsi olmaldır, bu, vacibdir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol