Formula 1 yarışlarından Azərbaycanın qazancı açıqlandı

Formula 1 yarışları Azərbaycana 277 milyon dollardan artıq gəlir gətirib.
Trend-in məlumatına görə, bu barədə "PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrində qeyd olunub.
Araşdırmaya əsasən, Bakıda keçirilən Formula 1 yarışları ölkənin iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib.
Hesabatda 277,3 milyon dollar olaraq göstərilən yekun məbləğ yarışlar ərəfəsinfə F1 ilə əlaqədar olaraq Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir. Bu rəqəmə iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, hotel, mehmanxana, restoran, nəqliyyat və digər sektorlarda qeydə alınmış gəlirlər daxildir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























