• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il BTC-nin əməliyyat xərcləri 13% artıb

Ötən il BTC-nin əməliyyat xərcləri 13% artıb
17.02.2018 10:20
ExxonnMobil BTC-nin səhmdarları arasına qoşulub.

2017-ci ildə "BTC Co.” şirkəti Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri layihəsi üzrə 162 mln. ABŞ dolları xərcləyib.

"Report” "BP-Azerbaijan” şirkətinin ilin yekunları ilə bağlı hesabatına əsasən, xəbər verir ki, hesabat dövründə BTC üzrə əməliyyat xərcləri, təqribən, 133 mln. dollar, əsaslı xərcləri isə 29 mln. dollar təşkil edib.

Ötən il BTC-nin əməliyyat xərcləri 2016-cı ildən 12,7% artıb, əsaslı xərcləri isə 50% azalıb.

Ötən ilin IV rübündə "BTC Co.”nun səhmdarlarında da dəyişiklik olub. Belə ki, ABŞ-ın "ExxonMobil” şirkəti CIECO şirkətinin (Yaponiyanın "Itochu” şirkətinin Londondakı törəməsi) layihədəki 2,50% payını alaraq BTC-nin səhmdarları arasına qoşulub.

BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2017-ci ilin sonunadək bu boru kəməri vasitəsilə, ümümilikdə, 383 mln. tondan artıq (təxminən, 2,87 mlrd. barel) xam neft nəql edilib və Ceyhanda 3758 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

2017-ci il ərzində isə BTC vasitəsilə, təqribən, 34 mln. ton (256 mln. barel) xam neft ixrac olunub və bu neft Ceyhanda 333 tankerə yüklənib.

Qeyd edək ki, BTC boru kəməri Bakı yaxınlığındakı Səngəçal terminalından başlayır. Boru kəmərinin gündəlik ötürmə qabiliyyəti 1,2 mln. bareldir. 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyununda istismara verilib. Hazırda BTC boru kəməri, əsasən, Azərbaycandan AÇG nefti və "Şahdəniz" kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən tranzit nefti nəql olunur.

"BTC Co."nun səhmdarları rolunda BP (30,10%), "AzBTC" (25,00%), "Chevron" (8,90%), "Statoil" (8,71%), TPAO (6,53%), "Eni" (5,00%), "Total" (5,00%), "Itochu" (3,40%), "Inpex" (2,50%), "ExxonMobil”(2,50%) və "ONGC (BTC) Ltd." (2,36%) şirkətləri çıxış edir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol