• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbi açıqlandı – RƏSMİ

Azərbaycanın xarici dövlət borcunun artmasının səbəbi açıqlandı – RƏSMİ
17.02.2018 13:30
Maliyyə Nazirliyi Azərbaycan Respublikasının xarici dövlət borcunun illik müqayisədə dörd milyard manat artmasının səbəbini açıqlayıb.

anews.az xəbər verir ki, "APA-Economics”in sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev bildirib ki, əvvəlcədən də bəyan olunduğu kimi, "Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) sağlamlaşdırılmasına yönəlmiş tədbirlərin tərkib hissəsi kimi ötən ilin sentyabr ayında ABB-nın xarici öhdəliklərinin könüllü restrukturizasiyası planı qəbul edilib və bu plan bankın kreditorlarının mütləq əksəriyyəti tərəfindən dəstəklənib.

Onun sözlərinə görə, həmin plana uyğun olaraq "Beynəlxalq Bank”ın xarici kreditorlar qarşısında olan xarici valyutadakı borcunu dövlət öz üzərinə götürüb ki, bu da xarici dövlət borcunun 30%-dən çox artmasına gətirib-çıxarıb.

"Ötən il bu məsələ ilə bağlı dəfələrlə həm Maliyyə Nazirliyi, həm də "Azərbaycan Beynəlxalq Bankı” tərəfindən mətbuata geniş məlumatlar verilib.

Ona görə də xarici dövlət borcunda baş verən bu artımın bilərəkdən və ya bilməyərəkdən yeni və gözlənilməz bir xəbər kimi təqdim olunması, ayrı-ayrı iqtisadçılar tərəfindən müxtəlif cür yozulması təəccüblüdür və başadüşülən deyil”, - deyə nazirlik rəsmisi vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol