• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda işsizlərin sayı açıqlanıb

Azərbaycanda işsizlərin sayı açıqlanıb
19.02.2018 19:47
Bu il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5074,1 min nəfər olub, onlardan 4822,3 min nəfərini məşğul əhali təşkil edib.

Dövlət Statistika Komitəsindən "APA-Economics”ə verilən məlumata görə, bu il yanvarın 1-i vəziyyətinə muzdla işləyənlərin sayı ilkin məlumatlara əsasən 1521,3 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 880,1 min nəfər, qeyri-dövlət sektorunda isə 641,2 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft sektorunda 33,9 min nəfər, qeyri-neft sektorunda isə 1487,4 min nəfər çalışıb.

Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,7%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,9%-i emal sənayesində, 6,6%-i tikintidə, 3,2%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2%-i mədənçıxarma sənayesində, 2%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 21,9%-i təhsil, 19,2%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 8,6%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i dövlət idarəetməsi və müdafiə, sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,6%-i istirahət, əyləncə və incəsənət, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,6%-i informasiya və rabitə, 1,6%-i maliyyə və sığorta fəaliyyəti, 1,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.

2017-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 6602 nəfər olub. Onlardan 38,1%-i mədənçıxarma sənayesində, 30,3%-i tikintidə, 9%-i emal sənayesində, 4,5%-i təhsildə, 3%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə və 15,1%-i digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olub. 2017-ci ildə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 153,5 saat təşkil edib.

2018-ci il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 38,0 min nəfər olub, onların 36,5%-ni qadınlar təşkil edib. İşsizlik müavinətinin orta məbləği 331,0 manat olub.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol