• $
  • €
  • ₽
  • ₺
  • £

Baramanın “Science via Media” layihəsinin mükafatlandırma mərasimi baş tutmuşdur

Baramanın “Science via Media” layihəsinin mükafatlandırma mərasimi baş tutmuşdur
20.02.2018 10:34
Barama İnnovasiya və Sahibkalıq Mərkəzi, Azercell və PAŞA Bankın dəstəyi ilə Bakı Dövlət Universitetində yerləşən, tələbələrin özünü inkişaf laboratoriyası olan Barama Media Mərkəzi tərəfindən gənclik üçün möhtəşəm şans olan "Science via Media" layihəsi uğurla tamamlanmış və qaliblərə mükafatlar təqdim edilmişdir. Qaliblərin məyyən edilməsi Youtube kanalı və münsiflər tərəfindən verilən ballar əsasında baş tutub.

Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin rəhbəri İmran Bağırov və Bakı Dövlət Universitetinin Mətbuat Xidmətinin rəhbəri Pərvanə İbrahimova tədbirin əvvəlində çıxış edərək "Science via Media"nın gəncləri monoton təhsil vərdişlərindən fərqli olaraq elmin praktiki və görünməyən sahəsinin işıqlandırılmasına cəlb edəcəyini, müsabiqə üçün hazırlanacaq video çarxlar vasitəsiylə həm müsabiqədə iştirak edəcək gəncliyin, həm də ümumi toplumun məlumatlanmasına və faydalanmasına töhfə verəcəyini qeyd etmişlər.

Həmçinin, 19 Fevral 2018 tarixində Bakı Dövlət Universitetində baş tutan bağlanış mərasmində "Technote” startupının rəhbəri Fərid Pərdəşünas, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev və tanınmış aktyor, video bloger Əlixan Rəcəbovun təqdimatında media sahibkarlığı mövzusunda panel müzakirə də rellaşıb. Müzakirələr zamanı tələbələrə mediada startuplar, yeniliklər haqqında təcrübədən doğan məlumatlar verilərək, onların sualları cavablandırılıb.

"Science via Media” müsabiqəsində 1-ci yeri Nigar Abbasova və Vüsalə Hacıyeva "X (Məchul)” adlı çarxla, 2-ci yeri Ayna Zərbəliyeva və Çiçək Məmmədova "Genetik Yaddaş” çarxı ilə və 3-cü yeri Nurlan Salamov "Klonlama” mövzusunda hazırladığı video-çarxla qazandılar.

Qeyd edək ki, "Science via Media" layihəsi yarış formatında baş tutmuş və layihə elmi izahların media dilində topluma çatdırılmasıyla gənclərin elmə, təhsil, özünü inkişafa olan maraqlarını artırmağı hədəfləyərək 5 mövzuda gənclərdən iştirakçı qismində videolar qəbul etmişdir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol