30 min nəfərin müavinəti artırılıb

Ötən gün cənab Prezident İlham Əliyev şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin müavinətinin artırılması ilə bağlı çox mühüm sərəncam imzalayıb. Sərəncamda həmin şəxslərə verilən müavinətlərin aylıq məbləğinin 2018-ci il martın 1-dən 10 faiz artırılması qeyd edilib.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən birgə iclasında komitə sədri Hadi Rəcəbli deyib. O, bildirib ki, şəhid ailələri, müharibə və 20 Yanvar əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman prezident İlham Əliyevin diqqətindədir.
H.Rəcəbli qeyd edib ki, bu sərəncam təxminən 30 min nəfərin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönələcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























