• $
  • €
  • ₽
  • ₺
  • £

Unibank korporativ müştəriləri üçün yeni biznes texnologiyasını istifadəyə verib

Unibank korporativ müştəriləri üçün yeni biznes texnologiyasını istifadəyə verib
22.02.2018 10:10
Unibankın korporativ müştəriləri indi cəmi bir əməliyyatla mühasibatlıq sistemlərini internet bankinqə köçürə biləcəklər. Bankın biznes müştəriləri üçün tətbiq etdiyi Open API sistemi müştərilərə real zamanda hesabları haqqında məlumatları əldə etmək, həmçinin rəqəmsal platforma vasitəsilə maliyyə hesablarını idarə etmək imkanı yaradır.

API –da müştərinin kartları və hesabları haqqında bütün məlumatlar mövcuddur. Bu platforma müştəriyə bütün hesablarını izləmək və maliyyə hesablarını idarə etmək imkanı verir. Sistem bir neçə bank hesabı olan müştərinin işini daha da asanlaşdırır. API-dən istifadə edərək, müştəri bir hesabından digər hesabına asanlıqla pul köçürə bilər. Unibankın korporativ müştərilərinə təqdim etdiyi bu sistemi öz hesablaşma sisteminə inteqrasiya edən müştəri, səhvsiz və gecikmədən ödənişləri göndərə bilir.

Open API –ın əsas üstünlükləri

• Open API məlumatların tam təhlükəsizliyini təmin edir;

• Müştəri üçün öz sistemində ödəniş yaratdıqdan sonra, İB-də eyni ödənişi yaratmağa ehtiyac qalmır, ödəniş avtomatik olaraq yaradılır;

• Əməliyyatların statusları barədə məlumat alır;

• Hesabdan çıxarış əldə etmək imkanı yaradır.

Hazırda API vasitəsilə İnternet Bankinqdə bütün növ ödənişlər və köçürmələr keçirmək (əmək haqqı və kütləvi ödənişlər yaxın zamanda olacaq) mümkündür:

• Hesabdan hesaba köçürmələr (ölkədaxili və ölkəxarici)

• Hesabdan karta köçürmələr

• Kartdan karta

• Kartdan hesaba

• Konvertasiya əməliyyatları

• Büdcə ödənişləri

• Azercell ödənişləri

• ƏDV ödənişləri

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 09.00-dan 17.00-dək "Qara Qarayev”, "İçərişəhər” , "Dərnəgül”, "Yasamal”, 15 saylı, "Neftçilər”, "Əhmədli”, "Əcəmi” filiallar və "Unibank- biznes mərkəzi”nə, eləcə də Unibank-ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol