Mərkəzi Bank depozit hərracının məbləğini azaltdı

Mərkəzi Bank vəsaitlərin cəlb edilməsi üzrə növbəti dəfə depozit hərracı keçirəcək.
Anews.az xəbər verir ki, fevralın 26-da keçiriləcək depozit hərracında 200 mln. manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur.
Depozit hərracının müddəti 14 gün təşkil edir. "Bloomberg” ticarət platformasında keçiriləcək hərrac üzrə faiz dərəcələri 8,01-12,99%-dir.
Qeyd edək ki, Mərkəzi Bank 250 milyon manat həcmində depozit hərracı keçirib. Bank hərracın məbləğini 50 milyon manat azaldıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























