• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü

“Nar” “İlin mobil operatoru” mükafatına layiq görüldü
29.05.2020 10:05

 
 
"Nar” 21 fevral 2018-ci il tarixində "Navigator Business Awards” tərəfindən "İlin ən yaxşı mobil operatoru” nominasiyasında mükafata layiq görüldü. Təşkilatçılar "Nar”-ın müasir trendlərə uyğun biznes modelini və müştəri yönümlülüyü ilə seçilən fəaliyyətini yüksək qiymətləndirdi.
 
"İlin ən yaxşı mobil operatoru” adına layiq görülməsinin səbəbi kimi "Nar”-ın dünya təcrübəsindən yararlanaraq öz biznes strategiyasını uğurla təkmilləşdirməsi, irihəcmli investisiyalar yatırmaqla müştərilərinin və tərəfdaşlarının tələblərinə uyğun müasir həllər təqdim etməsi göstərilir.
 
Mükafatı qəbul edən "Azerfon” MMC-nin ("Nar” ticarət nişanı) baş icraçı direktoru Qunnar Panke öz çıxışında müasir texnologiyalar və davamlı sərmayələr sayəsində "Nar” operatorunun hər bir istifadəçiyə əlverişli qiymətə yüksəkkeyfiyyətli xidmətlər təklif etdiyini vurğulayıb.
 
"Müasir texnologiyaları tətbiq etməklə və davamlı sərmayə yatırmaqla "Nar” sərfəli qiymətə keyfiyyətli xidmətlər təklif edir. Öz biznes strategiyamızı təkmilləşdirməklə şirkətimizin məhsuldarlığını yüksəltdik. Eyni zamanda, hər bir kəsin asanlıqla yararlana biləcəyi sadə təkliflər irəli sürdük. Nəticə etibarilə, "Nar” artıq xalqın seçimi olan bir brendə çevrilməkdədir. Müştəriləri və tərəfdaşlarının düşüncələrinə önəm verən bir şirkət olaraq aldığımız bu mükafat bizi daha böyük nailiyyətlər və davamlı uğurlar əldə etməyə ruhlandırır”, - deyə cənab Panke qeyd edib.
 
Qeyd edək ki, "Nar” ötən il ərzində şəbəkə infrastrukturunu əhəmiyyətli dərəcədə təkmilləşdirməklə 3G və 4G baza stansiyalarının sayını və əhatə dairəsini artırmış, bölgələrdə LTE şəbəkəsini yaradıb, "HD Voice” (High Definition) xidmətini tətbiq edib, Bakı metropolitenini də əhatə edən yüksəksürətli mobil internet şəbəkəsi yaradıb. 2017-ci ilin son rübündə "Nar” şəbəkəsi "P3 Communications” tərəfindən aparılan müstəqil şəbəkə sınaqları nəticəsində ölkədə "mobil zənglər üçün ən yaxşı şəbəkə” olaraq göstərildi.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 6500-dən artıq baza stansiyası ilə 2 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol