Diqqət: Bu yolda hərəkət məhdudlaşdırılır

Aparılan təmir işləri ilə əlaqədar olaraq Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən ("Əhmədli” metrostansiyası) Babək prospektinədək olan istiqamətində hərəkət müvəqqəti məhdudlaşdırılacaq.
Avtomobil Yolları Agentliyindən Axar.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkətinin qısa müddətlik məhdudlaşdırılması 24 fevral tarixindən etibarən başlayacaq.
Məhdudlaşma təmir işləri bitənədək qüvvədə olacaq.
Sürücülərə həmin istiqamət üzrə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Küçənin digər istiqamət üzrə, yəni Babək prospektindən "Əhmədli” metrostansiyasına doğru olan hissəsində isə hər hansı bir məhdudiyyət tətbiq edilməyəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























