• $
  • €
  • ₽
  • ₺
  • £

Prezident təqaüdlərinin artırılmasına ayrılan vəsait açıqlandı

Prezident təqaüdlərinin artırılmasına ayrılan vəsait açıqlandı
23.02.2018 17:09
Azərbaycan Prezidentinin 22 fevral 2018-ci il tarixli Fərman və Sərəncamları ilə Prezidentin fərdi və fəxri adlara görə təqaüdləri artırılıb.

Anews.az Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər verir ki, prezidentin 22 fevral 2018-ci il tarixli Fərmanına əsasən, ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə həmin şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği 2018-ci il martın 1-dən 1300 manatdan 1450 manata çatdırılacaq. 

Fəxri adlara görə aylıq təqaüdlərin artırılması ilə bağlı 22 fevral 2018-ci il tarixli Sərəncam isə fəxri adlara görə aylıq təqaüdlərin məbləğinin 2018-ci il martın 1-dən artırılaraq "Xalq” fəxri adı üçün 100 manatdan 150 manata, "Əməkdar” fəxri adı üçün 60 manatdan 100 manata çatdırılmasını nəzərdə tutur.  

Fəxri ad alan şəxslər Prezidentin aylıq təqaüdləri ilə büdcə təşkilatında işlədikdə həmin təşkilat, işləmədikləri və ya qeyri-dövlət sektoruna aid müəssisədə işlədikləri halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təmin olunurlar. 

Qeyd olunan Fərman  və Sərəncamın icrası ilə əlaqədar Prezidentin fərdi və fəxri adlara görə təqaüdlərinin artırılmasına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə ödənilən həmin təqaüdlər üzrə dövlət büdcəsindən ilin sonunadək əlavə olaraq 1,8 milyon manata yaxın vəsait ayrılacaq.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol