• $
  • €
  • ₽
  • ₺
  • £

Barama “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir

Barama “Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir
26.02.2018 16:38
Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi yerli startapların inkişafına dəstək verməkdə davam edir.  Mərkəz bu dəfə Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin təşkil etdiyi "Gələcək üçün Startap” layihəsində əsas tərəfdaş kimi çıxış edir.

Layihənin əsas məqsədi gənclərin innovasiya sahəsinə marağını artırmaq, onları startup layihələrinin hazırlanmasında istiqamətləndirmək və bununla da gənc sahibkarların və Azərbaycanda startap ekosisteminin inkişafına təkan verməkdən ibarətdir.

 2, 5, 6 mart tarixlərində ADA Universitetində layihə çərçivəsində təşkil olunacaq intensiv təlim və innovasiya konfransı iştirakçılar üçün ideya mərhələsindən başlayaraq real startap layihələrinin hazırlanması istiqamətində yeni imkanlar yaradacaq. Martın 2-də 16-25 yaş arası gənclərin iştirakı ilə baş tutacaq təlimdə təhsil, ətraf mühit, enerji, qida və turizm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb biznes layihələr hazırlanacaq. 5 mart tarixində isə sahibkarlıq, innovasiya və startup sahəsinə marağı olan istənilən şəxs konfransda iştirak etmək imkanı qazanacaq. Konfransda bir sıra ölkələrdə startap ekosisteminin yaradılmasında iştirak edən beynəlxalq ekspert Tal Katran iştirakçılarla peşəkar təcrübəsini bölüşəcək.

Konfransda iştirak etmək istəyənlər  http://events.ja-azerbaijan.org/register.php linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Məlumat üçün bildirək ki, Azercell Telekom MMC-nin Barama İnnovasiya Mərkəzi Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startapları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir. Barama fəaliyyətdə olduğu 9 il ərzində bir çox uğura imza atıb. Belə ki, mərkəzdə 70-dən çox layihə fəaliyyətə başlayıb, onlardan 40-ı uğurla başa çatıb, hal-hazırda fəaliyyətdə olan bir sıra uğurlu şirkətlər yaranıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol