Bakıda 55 taksi dayanacağı yaradılıb

Bakıda yeni taksi dayanacaq məntəqələrinin müəyyənləşdirilməsi işləri davam edir. Bu çərçivədə aparılan təhlillərin nəticəsinə əsasən, həmçinin daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq, daha 55 ünvanda taksi dayanacaq məntəqəsi təşkil edilib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev AzVision.az-a açıqlamasında deyib ki, bu çərçivədə aparılan təhlillərin nəticəsinə əsasən, həmçinin daxil olan vətəndaş müraciətləri nəzərə alınaraq həmin addım atılıb: "Artıq yeni məntəqələrə müvafiq nişanlar qoyulur və yol nişanlanma xətləri çəkilir”.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























