• $
  • €
  • ₽
  • ₺
  • £

Gömrük Komitəsindən karqo şirkətlərinə - Xəbərdarlıq

Gömrük Komitəsindən karqo şirkətlərinə - Xəbərdarlıq
02.03.2018 14:44
Türkiyə Respublikasından idxal edilən malların nəqliyyat xərclərinin artması ilə bağlı ötən gün bir sıra kütləvi informasiya vasitələrinə müsahibə verən bəzi yükdaşıma (karqo) şirkətlərinin nümayəndələri bunu gömrük ödənişlərinin hesablanması zamanı yeni sistemin tətbiq edilməsi, gömrük vergi və rüsumlarının artırılmasına dair həqiqətə uyğun olmayan məlumatlarlarla əsaslandırmağa çalışıb.

DGK-dan Axar.az-a verilən məlumata görə, idxal edilən mal və nəqliyyat vasitələrinin gömrük vergi və rüsumları mövcud qanunvericiliyə uyğun olaraq hesablanır və son zamanlar bu sahədə dəyişikliklərin aparılması, eyni zamanda gömrük vergi və rüsumlarının artırılmasına dair məlumatlar həqiqətə uyğun deyil. Lakin ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa cavabdeh olan qurumlardan biri olaraq gömrük orqanlarına bəzi karqo şirkətləri tərəfindən təqdim olunan invoyslar üzərində aparılan araşdırmalar zamanı kəskin uyğunsuzluqlar aşkar edilib: "Belə ki, aparılan araşdırma zamanı məlum olub ki, həmin karqo şirkətləri hüquqi və fiziki şəxslər tərəfindən idxal olunan malların məhz onlara aid olduğunu iddia edərək gömrük rəsmiləşdirilməsi prosesini də üzərlərinə götürür, gömrük orqanlarına təqdim etdiyi invoyslarda malların dəyərini dəfələrlə aşağı göstərir, bəzi hallarda isə saxta invoyslar təqdim edir ki, bu da vergidən yayınmaq deməkdir.

Dövlət Gömrük Komitəsi bir daha xarici iqtisadi fəaliyyətlə məşğul olan bütün hüquqi və fiziki şəxslərə müraciət edərək hər kəsi dürüst və şəffaf şəkildə faliyyət göstərməyə, dövlət büdcəsinə çatacaq vergi və rüsumları vaxtında və düzgün şəkildə ödəməyə çağırır. Əks halda həmin şəxs və qurumlara qarşı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcək".

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol