Bakının istilik sistemi vaxtından tez kəsilə bilər

"Havaların isti keçməsi ilə əlaqədar müraciətlər daxil olarsa, vaxtından əvvəl istilik mövsümünün bitməsi məsələsinə baxıla bilər”
Bu barədə AzVision.az-a "Azəristiliktəchizat” ASC abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirib.
Qurum rəsmisinin sözlərinə görə, istilik mövsümü müqavilələrdə 5 ay nəzərdə tutulub: "Əgər təşkilatlar müraciət etsələr ki, havaların istiləşməsi ilə əlaqədar vaxtından əvvəl istilik mövsümü bitsin, buna ayrıca baxılacaq”
R.Əliyev, həmçinin qeyd edib ki, "Azəristiliktəchizat” ASC-nin "Azəriqaz”la ciddi borc problemi yoxdur.
""Azəriqaz”a borcların qaytarılması ilə bağlı hər hansı problem yoxdur. Ciddi fikir ayrılığı, konfilikt mövcud deyil. Bu məsələlər hökümət tərəfindən tənzimlənir”.
Qeyd edək ki, noyabr ayının 15-də başlayan istilik mövsümü Bakı şəhərində aprel ayının 15-də, dağlıq ərazilərdə isə aprelin 30-da sona çatır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























