• $
  • €
  • ₽
  • ₺
  • £

Dollarla əmanətə görə faiz kəskin azaldı – Səbəb

Dollarla əmanətə görə faiz kəskin azaldı – Səbəb
10.03.2018 09:30
Azərbaycan Mərkəzi Bankı (AMB) xarici valyuta ilə yerləşən depozitlərin orta illik faiz dərəcəsinin bu il fevralın 1-nə 2,92% təşkil etdiyini açıqlayıb. AMB-nin aylıq hesabatına görə, bu, məlumatların açıqlandığı 2003-cü ildən indiyə qədər qeydə alınmış ən aşağı faiz dərəcəsidir.

Məsələ ilə bağlı Axar.az-a danışan keçmiş maliyyə naziri, professor Fikrət Yusifov bildirib ki, bu, düşünülmüş surətdə aparılan siyasətin nəticəsidir. Manatın iki kəskin devalvasiyasından depozitlərin xarici valyutada yüksək faizlərlə cəlb edilməsi praktikasının yanlış olduğunu anlayan banklar bu depozitlərə görə faiz ödənişlərini bir neçə dəfə azaldıblar:

"İndi xarici valyutada yerləşdirilən depozitlərə görə banklar əsasən 0,5 - 3,0 faiz həddində illik ödəniş təklif edirlər. Devalvasiyaya qədər bu rəqəm bəzi banklarda hətta 12 faizə qədər yüksəlmişdi. Xarici valyutaya daha çox ehtiyacı olan bəzi banklar isə devalvasiyaya qədər olan dönəmlərdə bu əmanətləri cəlb etmək xatirinə, depozitlərə görə ödənişləri hətta 14 faizə qədər yüksəltmişdi.

2016-cı ildən etibarən bu siyasət dəyişdirilməyə başladı. Banklar xarici valyutada yerləşdirilən əmanətlərə görə faiz ödənişlərini kəskin azaldaraq, milli valyutada yerləşdirilən depozitlərə görə faiz ödənişlərinin dərəcəsini artırdılar. İndi manatla olan əmanətlərə görə banklar 13-15 faiz, uzunmüddətli əmanətlərə görə isə hətta 19 faizə qədər ödəniş etmək öhdəliyi götürürlər”.

Ekspertin sözlərinə görə, bu siyasət son iki ildə banklarda yerləşdirilən əmanətlərin valyuta strukturunda ciddi dəyişikliyə səbəb olub:

"Əgər 2016-cı ilin yanvar ayında əmanətlərin 82,2 faizi xarici valyutada idisə, cari ilin yanvar ayında bu rəqəm 73,7 faizə qədər azalıb. Bu siyasət bütövlükdə bank sisteminin xarici valyutadan asılılığının aradan qaldırılmasına müsbət təsir edəcək. Manatın məzənnəsinin son dönəmlərdə sabitlik nümayiş etdirməsi əhalini manatla əmanətlər yerləşdirməyə daha çox həvəsləndirir. Elə bunun nəticəsidir ki, son aylarda banklarda manatla yerləşdirilən əmanətlərin həcmi artmaqda davam edir”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol