• $
  • €
  • ₽
  • ₺
  • £

Əmanətlərin Sığortalanması Fondu ilk elektron xidmətini təqdim edir

Əmanətlərin Sığortalanması Fondu ilk elektron xidmətini təqdim edir
28.05.2020 22:09
Əmanətlərin Sığortalanması Fondu www.e-gov.az "Elektron Hökumət” portalında 10 mart 2018 –ci il tarixindən ilk xidmətini təqdim edir. 

"Əmanətçilərin şəxsiyyətini təsdiq edən sənəd məlumatlarının dəqiqləşdirilməsinə dair elektron müraciət” elektron xidməti vasitəsilə ləğv prosesində olan bankların əmanətçilərinin şəxsiyyətini təsdiq edən məlumatlarınının dəqiqləşdirilməsi mümkündür. 

Bunun üçün ilk növbədə "Elektron hökumət” portalının təqdim etdiyi 4 autentifikasiya vasitələrinin birindən istifadə etməklə  qeydiyyatdan keçmək vacibdir. Bu zaman ilk olaraq vətəndaşın şəxsiyyət vəsiqəsi üzrə məlumatları ekranda görünür. Təqdim olunan anket üzrə şəxsiyyəti təsdiq edə biləcək digər məlumatları isə vətəndaş özü əlavə edə bilər. Bu sıraya istifadəçinin əlaqə nömrəsi, e-mail və daxil etdəcəyi şəxsiyyəti təsdiqləyən digər təsdiqedici sənəd ola bilər. İstifadəçi doldurulmuş formadakı məlumatların doğruluğunu təsdiq edib "göndər” düyməsini sıxmaqla müraciətini göndərmiş olur.

2012-ci ildən istifadəyə verilmiş «Elektron Hökumət” portalı dövlət orqanlarının fəaliyyətinin səmərəliliyinin artırılması, şəffaflığın təmin edilməsi, müasir İKT-dən istifadəni genişləndirməklə idarəetmə metod və mexanizmlərinin təkmilləşdirilməsi, ictimai qərarların qəbul edilməsində vətəndaşların iştirakına şərait yaradılması və dövlət orqanları ilə əlaqələrin daha sadə və münasib olan elektron üsullarla həyata keçirilməsini nəzərdə tutur. 

Əmanətlərin Sığortalanması Fondu informasiya texnologiyalarının geniş tətbiqi üzrə fəaliyyətini davam etdirir. 

Bu sırada mərkəzləşmiş məlumat informasiya idarəetmə sisteminin yaradılması üzrə hazırlıq işlərini göstərmək olar ki, bu sistem vasitəsilə ƏSF və ləğv prosesində olan bankların əməliyyatlarının vahid mərkəzdən idarə olunmasının təmin edilməsi və məlumatların vahid məlumat bazasında real vaxt rejimində emal olunması planlaşdırılır. 

Bundan başqa ləğv prosesində olan bankların balansındakı əmlakların satışı üçün təşkil olunan hərraclara elektron sistem vasitəsilə sənədlərin qəbulu və emalı üçün hazırlıq işləri aparılır ki, gələcəkdə bu sistemin genişlənərək elektron hərrac portalına cevrilməsi nəzərdə tutulur. 

ƏSF-nin informasiya texnologiyalarının tətbiqi üzrə daha bir layihəsi fiziki və hüquqi şəxslərin ləğv prosesində olan banklara kredit borcunun hökumət elektron ödəniş sistemləri vasitəsilə həyata keçirilməsindən ibarətdir. 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol