• $
  • €
  • ₽
  • ₺
  • £

Bayramda İrandan gələn turistlərin sayı az olacaq

Bayramda İrandan gələn turistlərin sayı az olacaq
12.03.2018 12:26
Qarşıdan Novruz Bayramı gəlir. Bu ərəfədə ölkəyə üz tutacaq turistlərin sayı maraq doğurur. 

Nəzərə çatdıraq ki, hər il Novruz Bayramı ərəfəsi xüsusilə İrandan Azərbaycana istirahətə gələn turistlərin sayı üstünlük təşkil edir. 

Azərbaycan Turizm Assosiasiyasının rəhbəri Nahid Bağırov Oxu.Az-a açıqlamasında bildirib ki, hazırda ölkəyə nə qədər turistin gələcəyi ilə bağlı say göstərmək mümkün deyil:

"Bayram ərəfəsi artıq bu rəqəm bəlli olacaq. Lakin indidən görünən odur ki, İrandan gələn turistlərin sayında ötən illərlə müqayisədə azalma baş verəcək. Bu da həmin ölkədəki iqtisadi-siyasi proseslərlə bağlıdır.

Belə ki, İranda dolların məzənnəsi yüksəlib. Bundan əlavə, xaricə gedən hər turistdən alınan verginin məbləğinin dövlət tərəfindən qaldırılması yönündə fikirlər var. Bütün bunlar İrandan gələn turistlərin sayına təsir edib.

Nəinki Azərbaycanın turizm barında, digər ölkələrin bu sektorunda İrandan gələn turistlərin sayına azalma var”.

Məlum olub ki, martın 20-dən İran hökuməti xaricə səyahətə gedənlərə tətbiq etdiyi vergini artıracaq: 

"Belə ki, başqa ölkəyə hava nəqliyyatı ilə səfər edənlər 15 dollar deyil, 45 dollar, quru nəqliyyatı ilə səfər edənlər isə 7 dollar deyil, 15-20 dollar ödəməli olacaqlar”. 

N.Bağırov bazarda yaranan boşluğu Səudiyyə Ərəbistanı, Bəhreyn, Qətər və Rusiyadan olan turistlər hesabına tarazlaşdırmağa çalışacaqlarını bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin turizm bazarında ərəb ölkələrindən gələn turistlər üstülük təşkil edir.

Hotellərin qiymətlərinin bayram ərəfəsi necə formalaşacağına gəlincə, N.Bağırov deyir ki, ötən il Novruz Bayramı ərəfəsində hotellərin qiymətlərində artım baş vermişdi: 

"İran bazarı azaldığı üçün bu il qiymətləri endiriblər”.    

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol