• $
  • €
  • ₽
  • ₺
  • £

Metro yaxınlığında tikilmiş bina Novruz Bayramında yaşayışa təhvil verilir

Metro yaxınlığında tikilmiş bina Novruz Bayramında yaşayışa təhvil verilir
28.05.2020 20:44
"Xəzər İnşaat XXI Əsr” şirkəti yaşayış komplekslərinin tikintisini ləngiməyə yol vermədən davam etdirir. Məqsəd bütün müştərilərə söz verilən vaxtda tikintini başa çatdırmaqdır. Tezliklə şirkətin yüzlərlə müştərisi yeni mənzilə köçmək sevincini yaşayacaqdır.

Hazırda "Xəzər İnşaat XXI Əsr” şirkəti Bakı şəhərində "Qara Qarayev”, "Neftçilər”, "Memar Əcəmi” metroları yaxınlığında və Yeni Günəşli qəsəbəsi olmaqla 4 yaşayış kompleksinin tikintisini həyata keçirir.

NOVRUZ BAYRAMINDA TƏHVİL VERİLƏCƏK Şirkətdən "Marja”ya verilən məlumata görə, "Memar Əcəmi” layihəsində tikinti tam başa çatdırılıb. Novruz Bayramında tam təmirli mənzillərin sahiblərinə təhvil verilməsinə başlanacaqdır.

İnşası 2016-cı ildə start götürmüş bu yaşayış kompleksi metronun "Memar Əcəmi” stansiyasından piyada 3 dəqiqəlik məsafədə, "Yeganə" şadlıq sarayının yaxınlığında yerləşir. Yaşayış kompleksinin ətrafında 54 saylı tam orta məktəb, marketlər, tibb müəssisələri, onlarla restoran, kafe və şadlıq sarayları yerləşir.Qısası, hər şey bu kompleksdə yaşıyanların əli altında olacaqdır.

Əlavə edək ki, "Xəzər İnşaat XXI Əsr” şirkəti "Memar Əcəmi”də artıq yaşayış binalarından birini təhvil verib.Hazırda inşa edilən bina şirkətin həmin zonada yerləşən ikinci layihəsidir.

TƏMİRLİ, "KUPÇA”LI MƏNZİLLƏR

Mənzillər yalnız təmirli şəkildə təhvil verilir.Təmirdə istifadə olunan materialları alıcı özü seçir.Təmirə Belarusiya istehsalı mənzilin daxili qapıları, Türkiyə istehsalı giriş qapısı, Alman texnologiyası ilə istehsal olunmuş plastik qapı və pəncərələr, İtaliya istehsalı oboylar, Türkiyənin E.C.A. firmasının istehsalı hamam aksesuarları,İspaniya istehsalı kafel - metlax, parket döşəmə (palıd), istilik radiatorları və s. daxildir.

"Xəzər İnşaat”dan mənzil almış sakinlər Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən çıxarışla (kupça) təmin olunur.

KREDİT ŞƏRTLƏRİ DAHA MÜNASİB EDİLİB

Tam təmirli və çıxarışlı mənzilləri faizsiz kreditlə əldə edə bilərsiniz. "Xəzər İnşaat” 5 illik daxili kreditin ilkin ödəniş faizi 30%-dən 20%-ə endirilib. İş yerindən arayış təqdim edə bilməyənlər və qısamüddətli kreditə üstünlük verənlər tam təmirli mənzilə daha sərfəli şərtlərlə sahib ola bilərlər. Daxili kreditin rəsmiləşdirilməsi üçün yalnız şəxsiyyət vəsiqəsi tələb olunur.

"Kristal Abşeron" və "Xəzər İnşaat XXI Əsr” layihələrində 25 illik ipoteka imkanı ilə də tam təmirli mənzillərin satışı davam edir. İlkin ödəniş 20%, illik faiz dərəcəsi 7% təşkil edir.

Daha ətraflı məlumat üçün: *6363 əlaqə saxlaya bilərsiniz. https://www.facebook.com/xazarinsaat/?fref=ts www.kristalabsheron.az

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol