• $
  • €
  • ₽
  • ₺
  • £

Bu ailələrə hər il 600-700 mənzil veriləcək – Rəsmi

Bu ailələrə hər il 600-700 mənzil veriləcək – Rəsmi
14.03.2018 11:34
Azərbaycanda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin dövlət hesabına mənzillə təminatına 1997-ci ildən başlanıb. İndiyədək bu kateqoriyadan olan şəxslərə 6 mindən yuxarı mənzil verilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Musavat.com-a verilən məlumata görə, bunların 4757-si 2013-cü ilin sonuna qədər verilən mənzillərdir:

"Ondan sonra verilən 1349 mənzil var. Gördüyünüz kimi, son illərdə mənzillərin alınıb verilməsi və fərdi evlərin tikilməsi yolu ilə bu kateqoriyadan olan şəxslərə təqdim edilməsi əvvəlki illərə nisbətən xeyli sürətlənib. Əgər əvvəlki 17 il ərzində ortalama hər il 280 mənzil verilirdisə, son 4 ildə hər il 335 mənzil bu kateqoriyadan olan şəxslərə təqdim edilib”.

Xatırladaq ki, 2014-cü ildə prezident tərəfindən problemin həlli üçün xüsusi sərəncam imzalanıb. Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun mətbuata verdiyi məlumatda bildirilir ki, bu zaman hər il təqribən 50 milyon manata yaxın vəsaitin ayrılması nəticəsində 2014-cü ilin 1 yanvar tarixinə qədər növbədə olan şəxslərin 5 il ərzində problemlərinin həll edilməsi nəzərdə tutulurmuş: "2014-cü ilin ikinci yarısında buna uyğun olaraq 30 milyon manat bu məqsəd üçün vəsait ayrıldı. 2015-2016-cı illərdə bizim nisbətən maliyyə vəziyyətimizin pisləşməsi, gəlirlərimizin azalması bu prosesin nəzərdə tutulduğu kimi, həyata keçirilməsi imkanlarını azaltdı. Sonrakı illərdə hər il 10-15 milyon manat vəsait ayrıldı. Bu müddətdə proses üçün təqribən 60 milyon manata yaxın vəsait ayrılıb. Bunun hesabına 1349 mənzil öz sahiblərinə təhvil verilib”.

Nazir bildirib ki, 2018-ci ilin dövlət büdcəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı üçün vəsait artırılacaq: "Biz Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə hər il təqribən 500- 600 mənzil verməklə bu problemi həll edə biləcəyik. Bu məsələ hökumətin diqqətindədir və mümkün olan vəsaitlər çərçivəsində bu məsələni çözəcəyik”.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol