• $
  • €
  • ₽
  • ₺
  • £

Bəzi yollarda hərəkət istiqaməti dəyişdirilir

Bəzi yollarda hərəkət istiqaməti dəyişdirilir
15.03.2018 17:42
VI Qlobal Bakı Forumu ilə əlaqədar bu gündən başlayaraq ayın 18-dək tədbirlərin keçiriləcəyi ərazilərdə, təhlükəsizliyi təmin etmək məqsədilə nəqliyyat vasitələrinin hərəkət istiqaməti fasilələrlə dəyişdirilir.

Bu barədə anews.az-a Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

O bildirib ki, həmin vaxt sürücülərin alternativ variantlardan istifadə etmələri tövsiyə olunur: 

"Hazırda Bakı şəhəri ərazisində bir neçə əhəmiyyətli yollarda təmir-tikinti işlərinin aparılması süni nəqliyyat sıxlığının yaranmasına səbəb olur. Ona görə də paytaxtda keçirilən forumla əlaqədar sıxlığın yaşanmaması üçün vətəndaşların ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri xahiş edilir.

Paytaxtda keçirilən tədbirin əhəmiyyətini və mövcud vəziyyəti qiymətləndirərək yol polisi və sürücü həmrəyliyinin yaranmasını təklif edirik”.

İdarə rəsmisi deyib ki, martın 15-dən 18-dək hava limanından şəhərin mərkəzinə doğru tədbirlərin keçiriləcəyi ərazilərə bitişik küçə və yollarda avtomobilllərin hərəkət istiqaməti fasilələrlə dəyişdirilir:

"Bu ərazilər Heydər Əliyev, Zərifə Əliyeva, Azadlıq, Neftçilər, Parlament, Hüseyn Cavid, Nəriman Nərimanov və Bakıxanov prospektləri, "Azneft”, Mikayıl Müşfiq dairələri, Yusif Səfərov, Üzeyir Hacıbəyli, Rəsul Rza, Niyazi, Lermentov, Teymur Elçin və Mehdi Hüseyn küçələridir”.

İdarə rəsmisi əlavə olaraq günün qaranlıq vaxtları isə paytaxtın "Azneft” dairəsi istiqamətində Bayıl qəsəbəsindən nəqliyyat vasitələrinin hərəkət istiqaməti fasilələrlə dəyişdiriləcəyini vurğulayıb:

"Bundan başqa, son zamanlar Bakı ərazisində yük maşınlarının qadağan edilmiş vaxtlarda hərəkətinə icazə verilməyən ərazilərdə hərəkət etdiyi müşahidə olunur. Bu da, öz növbəsində, süni sıxlığın yaranmasına təsir göstərən amildir və inzibati xəta tərkibi yaradır.

Bir daha xəbərdarlıq edirik ki, yük maşınları günün qaranlıq vaxtı, yəni axşam saat 23:00-dan səhər 07:00-a qədər icazə verilən yollar üzrə hərəkət etsinlər”. 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol