Yeni sədrdən ilk qərar - Bu qurumlar bağlandı

Azərbaycan Beynəlxalq Bankı bəzi törəmə qurumlarının bağlanması barədə qərarına aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, ləğvinə qərar verilən törəmə qurumlar "Bank "MBA-Moskva” (MBA-Moskva), "Azərbaycan Beynəlxalq Bankı - Gürcüstan” (ABB-Gürcüstan) bankları və "Biznes-Rabitə” MMC-dir.
Bu müəssisələri ləğvetmə prosedurları onların fəaliyyət göstərdiyi ölkələrin müvafiq qanunvericilik normaları çərçivəsində həyata keçiriləcək. Müştərilər qarşısındakı öhdəliklər yerinə yetiriləcək.
Qeyd edək ki, "Aqrarkredit” QSC səhmdar kredit təşkilatının "Azərbaycan Beynəlxalq Bankı” ASC-dəki payı dövlətə ötürülüb. Beləliklə, dövlətin bankın səhmlərindəki payı 96,5 %-ə yüksəlib
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























