Bu yolda tıxac var

Bayram tətilindən sonra ilk dərs və iş günü olduğu üçün bəzi yollarda sıxlıq müşahidə olunur.
Axar.az xəbər verir ki, Bakının Bakıxanov qəsəbəsində hazırda dəhşətli tıxac var. Qəsəbənin "Komsomol” dairəsi adlanan ərazisindən Hava Limanı istiqamətində gedən yola qədər böyük tıxac yaranıb.
Bülbülə qəsəbəsindən, Neftçilər istiqamətindən Bakıxanov qəsəbəsi və Dərnəgül istiqamətinə getmək istəyənlər 40 dəqiqədən çox tıxacda qalıb. Sözügedən ərazidə hazırda sıxlıq müşahidə edilir.
Olimpiya stadionunun yaxınlığında tunel tikintisi ilə bağlı aparılan tikinti işləri də üzü şəhər istiqamətində sıxlığı artırıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























