• $
  • €
  • ₽
  • ₺
  • £

FED qərar verdi - Dolları yaxın günlərdə nə gözləyir?

FED qərar verdi - Dolları yaxın günlərdə nə gözləyir?
27.03.2018 14:02
Martın 21-i ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb. Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 1,5- 1,75%-dək artırıb.

FED-in uçot dərəcəsini artırmasının Azərbaycandakı valyuta bazarlarına təsiri olacaqmı?

Bununla bağlı Metbuat.az-a açıqlama verən iqtisadçı Rəşad Həsənov bildirib ki, FED-in uçot dərəcəsini artırmasının valyuta bazarlarında ciddi təsiri hiss olunmayacaq:

"Çünki qlobal bazarlarda ilkin olaraq reaksiya olsa da, hazırda tarazlaşma müşahidə olunur. Eyni zamanda nəzərə almaq lazımdır ki, FED artıq 2017-ci il ərzində 3 dəfə uçot dərəcəsini artırıb. Həmçinin, 2016-cı ildə də uçot büdcəsinin artırılması prosesi həyata keçirilib. Uçot dərəcəsinin artırılması zamanı valyuta bazarlarında ciddi təsirlər ilk dəfə 2016-cı ilin dekabrında uçot dərəcələrinin artırılması ilə bağlı qərar verildikdən sonra hiss edildi. Bunun da əsas səbəbi FED son 8 il ərzində uçot dərəcələrini artırmamışdı. Bu qərar valyuta bazarlarında FED-in siyasətinin istiqaməti ilə bağlı fikirlərin formalaşdırılması ilə yadda qaldı. Bazarın konyuktivinə uyğun olaraq qərarlar qəbul edildiyi üçün valyuta bazarlarında ABŞ dollarının məzənnəsi ilə bağlı hansısa ciddi dəyişikliyə gətirib çıxarmır.

Əksinə, uçot dərəcəsinin 3 dəfə artırıldığı ildə (2017) biz ABŞ dollarının dünya bazarlarında öz dəyərini itirdiyini müşahidə etdik. Bu proses 2018-ci ilin əvvəlindən də davam etdi. Bu baxımdan, uçot dərəcəsinin artırılması Azərbaycan valyuta bazarlarında hər hansı bir narahatlığa səbəb olmamalıdır. Çünki Azərbaycanda məzənnə ilə bağlı risklər daha çox neftin qiyməti ilə bağlı formalaşır. Ona görə, diqqət neftin qiyməti üzərində toplanarsa, bu zaman daha duzgün proqnozlaşdırma aparmaq mümkündür. Düşünürəm ki, neftin qiyməti hazırki durumda qənaətbəxş hesab edilə bilər. İndiki situasiyada Azərbaycanda manatla olan dövriyyənin həcmi bazası da kiçilib. Belə bir şərtlər daxilində dolları Azərbaycan bazarında möhkəmləndirə biləcək hər hansı ciddi faktorlar yoxdur. Ona görə də düşünürəm ki, valyuta bazarı iştirakçılarında hər hansı bir narahatlığın yaranmasına səbəb yoxdur”.

Qeyd edək ki, bundan əvvəl FED dekabrın 13-də uçot dərəcəsini artırıb. O zaman FED uçot dərəcəsini 0,25% - 1,25% səviyyəsindən 1,50%-dək artırıb.

Federal Ehtiyatlar Sistemi uçot dərəcəsinin tədricən artırılması siyasətinə 2015-ci ilin dekabrından başlayıb. Bundan əvvəl sonuncu dəfə uçot dərəcəsi 2006-ci ilin iyununda artırılıb. 2007-2008-ci illərdə FED tədricən uçot dərəcəsini minimal (0-0,25%) həddədək aşağı salıb.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol