• $
  • €
  • ₽
  • ₺
  • £

Bakcell daha bir sosial layihəyə start verdi

Bakcell daha bir sosial layihəyə start verdi
27.03.2018 18:52

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, Sosial və İctimai Psixologiya Tədqiqatları Mərkəzi (CSPS) ilə birlikdə yeni bir sosial layihənin icrasına başlayıb. Altı ay davam edəcək bu layihənin əsas məqsədi həssas əhali qruplarında sosial sahibkarlıq bacarıqlarının artırılması üçün portalın yaradılmasıdır.

Layihə çərçivəsində əlverişsiz sosial şəraitdə yaşayan, lakin sahibkarlıq və praktik bacarıqları olan şəxslərin iş tapmasına və ya onların məhsul və xidmətlərinin geniş kütləyə çatdırmasına dəstək göstəriləcək. Bu təşəbbüs müəyyən müddətdən sonra həmin şəxslərin sosial rifahının yüksəlməsinə və onların cəmiyyətə uğurlu inteqrasiyasına xidmət edəcək.

Layihənin xüsusi internet səhifəsində layihə iştirakçıları üçün şəxsi profil yaradılacaq  və həmin səhifə vasitəsilə onlar öz məhsul və xidmətlərini potensial müştərilərə təqdim və təklif edə biləcəklər. Həmçinin, işəgötürən şirkətlər qeyd olunan sayta daxil olmaqla iştirakçıların CV məlumatları ilə tanış olub onlarla birbaşa əlaqə yaratmaq imkanına malik olacaqlar. Layihə iştirakçılarına iş tapmaq və yaxud öz məhsul və xidmətlərini satmaq imkanını yaratmaqla yeni portal onlar üçün sosial rifahın yüksəldilməsi və cəmiyyətə uğurlu və sürətli inteqrasiyası üçün lazimi şəraitin yaradılmasını təmin edəcək.

Yüz nəfərə yaxın iştirakçını əhatə edəcək bu layihənin ilkin mərhələsində təşkilatçılar portalda yerləşdiriləcək məhsul və xidmətləri təklif edən həssas əhali qrupların nümayəndələrini müəyyən edəcəklər.
 
"Özünün geniş miqyaslı korporativ sosial məsuliyyət proqramı ilə tanınan Bakcell şirkəti xüsusi qayğıya ehtiyacı olan uşaqlar və digər
həssas əhali qruplarına aid insanlara dəstək göstərmək və onların rifahını yüksəltmək üçün yeni imkanlar axtarır. Yeni layihə vasitəsilə biz əlverişsiz sosial şəraitdə yaşayan insanlara iş tapmaqda və öz məhsul və xidmətlərini təklif etməkdə dəstək göstərəcəyik”, deyə Bakcell şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar departamentinin rəhbəri Süheyla Cəfərova bildirib.
 
Sosial və İctimai Psixologiya Tədqiqatları Mərkəzi (CSPS) Azərbaycan Respublikasında sosial və ictimai psixologiya araşdırmalarının təşviq edilməsi məqsədilə ictimai elmlər peşəkarları tərəfindən yaradılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol