• $
  • €
  • ₽
  • ₺
  • £

“Bakcell”dən “Dayaniqli İnkişaf Məqsədləri”nin təşviqinə dəstək

“Bakcell”dən “Dayaniqli İnkişaf Məqsədləri”nin təşviqinə dəstək
30.03.2018 17:47
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti BMT-nin Azərbaycan Nümayəndəliyinin "ASAN Radio” ilə hazırladığı "Qlobal məqsədlər” verilişinin tərəfdaşı oldu.

Radioverilişinin əsas məqsədi Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı məlumatlılığın artırılması, 2030-cu ilə qədər olan tədbirlər planı üzrə həyata keçirilən layihələr və dayanıqlılığın təmin olunması üçün müxtəlif strukturların və vətəndaşların üzərinə düşən vəzifələrlə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.

Qeyd edək ki 2015-ci ilin sentyabr ayında dünya liderləri tərəfindən 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edilib. Həmin məqsədlər yoxsulluğa son qoymaq, inkişaf və insanların rifahını təşviq etmək, eyni zamanda ətraf mühiti qorumaq üçün səylərin birləşdirilməsini nəzərdə tutur.

Bu əməkdaşlıq çərçivəsində aprel ayı ərzində Bakcell şirkətinin dəstəyilə "ASAN Radio”da (100FM) 4 veriliş efirə veriləcək.

Dayanıqlı İnkişaf Məqsədlərinə həsr olunmuş verilişin növbəti buraxılışı "ASAN Radio”da 2 aprel 2018-ci il tarixində saat 18:20-də yayımlanacaq. BMT-nin İnkişaf Proqramının Azərbaycan ofisinin kommunikasiya və ictimai əlaqələr üzrə müşaviri Arzu Cəfərli, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli və "İnternyus Azərbaycan” İctimai Birliyinin təlimlər üzrə koordinatoru, jurnalist Ülkər Qurbanzadə Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin təşviqində medianın rolunu müzakirə edəcək.

Verilişin təkrarı 4 aprel (saat 11:05-də) və 6 aprel (saat 14:05-də) tarixlərində yayımlanacaq.

Qeyd edək ki, bu il Azərbaycanda ilk dəfə "Jurnalistika və Dayanıqlı İnkişaf Məqsədləri” mövzusunda təlim keçirilib. Təlimin əsas məqsədi media, o cümlədən sosial media kanalları vasitəsilə Dayanıqlı İnkişaf Məqsədləri haqqında yazılar, reportajlar, televiziya və radio verilişləri, habelə sosial çarxların hazırlanmasında yerli yazar, bloqqer, vloqqer və digər yaradıcı insanların bacarıqlarının inkişaf etdirilməsi olub.

Azərbaycanın qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell şirkəti həyata keçirdiyi Korporativ Sosial Məsuliyyət proqramı, müxtəlif sosial yönümlü layihələr və innovasiya layihələri vasitəsilə ölkədə müxtəlif sahələrin dayanıqlı inkişafına öz töhfəsini verməkdədir. "Dayanıqlı İnkişaf Məqsədləri”ninin təviqinə həsr olunmuş "Qlobal məqsədlər” verilişinə dəstək isə Şirkətin bu sahədə gördüyü işlərin bir hissəsidir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol