• $
  • €
  • ₽
  • ₺
  • £

DİQQƏT! “Whatsapp” yazışmaları 3-cü şəxs tərəfindən oxunur

DİQQƏT! “Whatsapp” yazışmaları 3-cü şəxs tərəfindən oxunur
03.04.2018 15:46
ARB TV-nin "Günə doğru" verilişində "WhatsApp"da olan məlumatların oğurlanması barədə sujet efirə gedib.

Ciddi bir məsələ, "Chatwatch" mobil proqramı "WhatsApp" messencerində kontaktların aktivliyindən əlavə, hətta "WhatsApp"da yazışdığınız istifadəçilərin başqaları ilə yazışmalarını da görməyə imkan verir. Əvvəllər "iOS" mobil əməliyyat sistemi üçün təqdim edilmiş "Chatwatch", bu azmış kimi Android ƏS üçün də yaradıldı. Vəziyyət dediyim kimi adi deyil. Bu şəxsi "WhatsApp" yazışmalarının yayılmasıdır. Yaxşı, bəs nə edək ki, bizim də "WhatsApp" yazışmalarımızı 3 cü şəxs və digər şəxslər bilməsin?

Rəşad Əliyev (İT mütəxəssis): "Onun artıq 10 mindən çox yüklənməsi var. Proqramın müəllifi haqda geniş məlumat yerləşdirilib. Onun gələcəkdə Web versiyasını işləyəcəklərini bildiriblər. Proqram haqda düzgün və detallı məlumatlar yerləşdirilib. Əfsuslar olsun ki, bu da qəbul olunub".

Deməli, izlənmnə proqramı təkmilləşdiriləcək, baxın, əvvəlcə proqram "WhatsApp"da olan nömrələrin istifadəçilərinin tezliyini, orada keçirdikləri vaxtı öyrənməyə imkan verirdisə bundan sonra daha çox, hətta mesajları, multimedianı digər şəxs də götürə biləcək. Deməli, özümüz təhlükəsizliyimizi təmin etməliyik, amma necə?

Osman Gündüz (Milli İnternet Forumunun prezidenti): "Hər hansı bir sosial media resursundan istifadə edəndə qeydiyyatdan keçib, cədvəli doldurursunuz. Əsas məsələ burada həll olunur. Siz özünüz razılıq verə və ya verməyə bilərsiniz".

Bu proqramın tələbidir, biz də ondan istifadə üçün onları yerinə yetiririk. Düzdür, bəzən kor təbii olaraq gələn bildirişləri, tələbləri növbəti düyməsi ilə təsdiq edə bilərik. Bununla da "WhatsApp" olsun, ya digər proqramlar olsun onlara kiminsə girişinə yol aça bilərik. Burada da məqam var ki, proqram istifadəçini aldada bilir.

Proqramlar var ki, onlar heç təsdiq istəmədən də işini görür, sənin kontaktına yönləndirilir. Vəssalam. "Chatwatch"da, iddia olunur ki, belə casus tipli proqramdır. Səndən xəbərsiz istifadəçinin yazışmalarını başqasına ötürür.

Osman Gündüz (Milli İnternet Forumunun prezidenti): "Belə təhlükələr varsa, onun əleyhinə olan proqramlar da var. "Google"nin özündə belə xidmətlər var".

"WhatsApp"ı izləyən "Chatwatch" ödənişlidir, bir həftəsi cəmi 1,99 dollar. Böyük məbləğ deyil, bunu ödəyib istənilən adamın "WhatsApp"ını izləmək olur. Maraqlıdır ki, "WhatsApp" rəhbərliyi "Chatwatch" proqramına qadağa qoya bilər, amma etmir. Nə lazımdırsa, siz edin. Telefon proqramının təhlükəsizliyinə fikir verin, antivirus proqramları yükləyin və s.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol