• $
  • €
  • ₽
  • ₺
  • £

Daha dörd stansiya üçün milli musiqilər seçilib

Daha dörd stansiya üçün milli musiqilər seçilib
06.04.2018 12:43
"Bakı metropoliteni”nin stansiyalarına daxil olan qatarlarda səsləndirilən musiqi parçaları artıq bütün yeraltı stansiyalarda səsləndirilir. 

"Bakı Metpoliteni”ndən anews.az-a verilən məlumata görə, "Cəfər Cabbarlı”, "Xətai”, həmçinin yerüstü "Bakmil”, eləcə də, "Avtovağzal” və "Memar Əcəmi” stansiyalarında qatarlarda musiqi fraqmentləri səsləndirilmirdi.

Artıq  yerüstü "Bakmil” stansiyası istisna olmaqla, bütün stansiyalara daxil olan qatarlarda səsləndirilmək üçün milli musiqimizin tanınmış və ecazkar əsərlərindən parçalar seçilib.

"Avtovağzal” stansiyasında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Arazbarı” simfonik muğamından, "Memar Əcəmi” stansiyasında isə Rauf Hacıyevin "Əhməd haradadır” filmində səsləndirilən məşhur "Leyla” mahnısından fraqmentlər qatarlarda səsləndirilir.

"Cəfər Cabbarlı” və "Xətai” stansiyaları üçün Fikrət Əmirovun ölməz əsərlərindən parçalar seçilib. "1001 gecə” baletindən fraqment "Xətai”yə, "Azərbaycan kapriççosu”ndan bir parça isə "Cəfər Cabbarlı”ya daxil olan qatarlarda eşidilir.

Eyni zamanda, dörd stansiyanın hər birində musiqi parçaları ilə yanaşı, Azərbaycan və ingilis dillərində anonslar da səsləndirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol