Fərhad Əliyev zavod açdı

Həbsdən azad edildikdən sonra bir müddət xaricdə yaşayan sabiq iqtisadi
inkişaf naziri Fərhad Əliyev hakimiyyətin yenidən etimadını qazana
bilib. Artıq sabiq nazir ölkənin ən iri müəssisələrindən birini yaradıb.
Bu barədə Gununsesi.info-ya məlumatlı mənbələrdən informasiya verilib.
Məlumata görə, Fərhad Əliyev Sumqayıtda sürtkü yağı istehsal edən
müəssisə yaradıb. Bunun üçün Sumqayıt Kimya Parkında böyük ərazi də
ayrılıb.
Zavodun qurulmasına böyük məbləğdə vəsait xərcləyən sabiq nazir Alman texnologiyasını müəssisəsində qurdurub.
İllik istehsal gücü 30 min ton, investisiya həcmi isə 10 milyon ABŞ Dolları olan zavod öz məhsullarını "AMINOL” ticarət markalı sürtkü yağları adı ilə bazara çıxarır.

Qeyd
edək ki, Fərhad Əliyev 2005-ci il parlament seçkiləri ərəfəsində Milli
Təhlükəsizlik Nazirliyi tərəfindən həbs olunmuşdu. Uzun illər həbs
həyatı yaşayan sabiq nazir prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.(Mənbə: Gununsesi.info)
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır