• $
  • €
  • ₽
  • ₺
  • £

Unicapital yüksək gəlirli istiqrazların emissiyasının anderrayteri olacaq

Unicapital yüksək gəlirli istiqrazların emissiyasının anderrayteri olacaq
10.04.2018 16:03
Unibank korporativ qiymətli kağızlar bazarında bir ilkə imza ataraq, yerli şirkətin 3 milyon manatlıq istiqrazına təminatçı olub.
 
Artıq Maliyyə Bazarlarına Nəzarət Palatası Unibankın təminat verdiyi və "METAK” MMC tərəfindən buraxılan faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların emissiyasını dövlət qeydiyyatına alıb. "METAK" MMC-nin yeni istiqraz emissiyasını Unicapital İnvestisiya şirkəti həyata keçirəcək. Qeyd edək ki, emissiya həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.

METAK istiqrazları müəyyən edilmiş dövrlərdə faiz gəlirini və istiqraz müddətinin sonunda qoyulmuş ilkin vəsaiti almaq hüququnu verən investisiya qiymətli kağızıdır. Mövcud uçot dərəcəsi və bankların təklif etdiyi əmanətlər üzrə faizlərə nəzərən, METAK istiqrazları yüksək gəlirlililiyinə görə, ən yaxşı investisiya alətlərindən biri kimi dəyərləndirilir. Hazırda qiymətli kağızlar bazarında yerli valyutada dövriyyədə olan digər korporativ istiqrazlarla müqayisədə, bu istiqrazlar gəlirlilik baxımından öndədir. İstiqrazların likvidliyi də yüksəkdir. Belə ki, ayda bir dəfə olmaqla, hər bir alıcı istiqrazlarını Unibanka geri satmaq imkanı əldə edəcək. Yerləşdiriləcək istiqrazların 100% təminatçıları kimi Unibank və METAK çıxış edir. İstiqrazları Unicapital İnvestisiya Şirkətinin vasitəsi ilə almaq mümkündür. Hər kəs METAK istiqrazlarını əldə edə bilər.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol