“WhatsApp”, “Twitter” və “Facebook” yazışmaları izləniləcək

ABŞ "WhatsApp”, "Twitter”, "Facebook” və digər sosial şəbəkələr vasitəsilə istifadəçilərin bütün məlumatlarını, danışıqlarını qeydə alacaq.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, iddiaya əsasən, ABŞ bununla bağlı Avropa, Şimali Amerika və Cənubi Amerika ölkələrinin hökümətləri ilə razılığa gəlib.
ABŞ-da informasiya saxlama qurğuları ilə bütün telefon zənglərinin və "WhatsApp” vasitəsilə mesajların və zənglərin qeydə alınacağı, "Twitter”in nəzarətdə saxlanılacağı bildirilib. Bu gündən etibarən "Facebook”dakı məlumatlara nəzarət ediləcəyi, xüsusi proqramlar vasitəsilə bütün media və sosial forumların izlənəcəyi deyilir.
ABŞ tərəfindən bu addımın atılmasının terrorla mübarizə məqsədi daşıdığı deyilsə də, insanların şəxsi məlumatlarına baxılması mübahisələrə səbəb olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























