• $
  • €
  • ₽
  • ₺
  • £

Unicapital istiqrazların satışı üzrə sifarişlərin qəbuluna başlayıb

Unicapital istiqrazların satışı üzrə sifarişlərin qəbuluna başlayıb
18.04.2018 15:06
Unicapital İnvestisiya Şirkəti METAK istiqrazları üzrə sifarişlərin qəbuluna başlayıb. "METAK” MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac aprelin 19-da Bakı Fond Birjasında keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. Yerləşdiriləcək istiqrazların 100% təminatçıları kimi Unibank və "METAK” çıxış edir. Emitentin emissiya prospektinə əsasən ilk 180 gün (6 ay) ərzində geri satınalınmaya təqdim edilən istiqrazlar "Unibank KB” ASC tərəfindən, 181-ci gündən 273-cü günə (6-9 ay) kimi geri satınalınmaya təqdim edilən istiqrazların 50%-i "Unibank KB” ASC, 50%-i isə "METAK” MMC tərəfindən və 274-cü gündən 365-ci günə kimi olanlar isə (9-12 ay) "METAK” MMC tərəfindən təmin ediləcək.

"METAK" MMC-nin yeni istiqraz emissiyasının anderrayteri Unicapital İnvestisiya Şirkətidir. İstiqrazların say və həcmindən asılı olmayaraq, Unicapital alıcılara sərfəli komissiya təklif edir. İstiqrazları alan şəxs komissiya və pulköçürmə haqqı olaraq cəmi 5 AZN ödəyəcək. Həcmi 3 000 000, 1 ədədinin nominal dəyəri 1000 manat, miqdarı 3 000 ədəd olan METAK istiqrazları illik 12% gəlirliliyə malikdir. İstiqrazların tədavül müddəti 1 ildir və faizlər hər növbəti ay ödənilir.

Hazırda qiymətli kağızlar bazarında yerli valyutada dövriyyədə olan digər korporativ istiqrazlarla müqayisədə, bu istiqrazlar gəlirlilik baxımından öndədir. Hər kəs Unicapital İnvestisiya Şirkətinə müraciət edərək, METAK istiqrazlarını hərracda əldə edə bilər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol