• $
  • €
  • ₽
  • ₺
  • £

“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya

“İKT-də qızlar” günü münasibətilə Azercell-in Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiya
26.04.2018 19:10
Aprel ayının sonuncu həftəsinin dördüncü günü bütün dünyada "İKT-də qızlar” günü kimi qeyd olunur.
 
Bu gün Birləşmiş Millətlər Təşkilatının (BMT) İKT sahəsində ixtisaslaşdırılmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən 2010-cu ildə təsis edilib. Bunu nəzərə alaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə qadınların İKT sahəsində rolunun artırılmasına dəstək məqsədilə 55 №-li tam orta məktəbin yuxarı sinfinin qız şagirdlərinin İKT sahəsində peşəkar kadrların yetişdirilməsində xüsusi rolu olan ölkənin lider mobil operatoru Azercell Telekom MMC-nin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinə ekskursiyası təşkil olunub. Ekskursiya zamanı Azercell-in Insan Qaynaqları Departamentinin əməkdaşları təqdimatlar keçirib, İKT sahəsində qadınlara dəstək məqsədilə həyata keçirilən layihələrdən və imkanlardan söz açıb; Tələbə Təqaüdü Proqramı, Təcrübə Proqramı, Yay-Qış məktəbləri barədə məlumat verib. Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin əməkdaşları öz faəliyyəti, Startapların uğurları ilə məktəbliləri tanış edib. Tədbirin sonunda "İdea generation” mövzusunda seminar keçirilib. Bu seminar əsnasında məktəblilər qrup şalışması şəklində bir sahibkarın yanaşmasını öyrənərək innovativ prosesin təcrübəsini əldə ediblər.

Məlumat üçün bildirək ki, Qabaqcıl Texnologiyalar sahəsində daim öncül olan Azercell MMC qadınların İKT sahəsinə cəlb olunması və onların bu istiqamətdə inkişaf etməsi məqsədilə müxtəlif layihələr həyata keçirir. Layihələr çərçivəsində İT sahəsində çalışan xanımlar üçün müxtəlif proqramlar, görüşlər keçirilib, onlara İT əsasları, LİNUX, CİSCO, ORACLE kimi proqramlar haqqında seminarlar təşkil olunub.

Qeyd edək ki, Barama Mərkəzi fəaliyyətdə olduğu 9 il ərzində 70-dən çox startap layihəyə dəstək olub, onlardan 45-i uğurlu biznes qurub.
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol