• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı DYP sürücülərə müraciət edib

Bakı DYP sürücülərə müraciət edib
27.04.2018 11:24
Paytaxt yollarında yaranan tıxac və sıxlığı yaradan hallar diqqətdə saxlanılır. Bakı şəhərinin küçə və prospektlərdə günün pik saatlarında yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə, kompaniya xarakteri daşımayan tədbirlər davam etdirilir.

Bunu Trend-ə Bakı şəhər BPİ Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polkovnik Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, inzibati ərazi üzrə avtomobil hərəkətinin intensiv olduğu istiqamətlərdə yol təmiri ilə əlaqədar olaraq, sürücülər təmkinlə və ehtiyatla qaydalara əməl etməlidir: "Xüsusilə, yerlərdə aparılan monitorinq və araşdırmalar göstərir ki, təmirlə bağlı məhdudlaşdırılan yollarda sürücülərin əksəriyyəti qarşı yola keçməklə üstünlüyü olan avtomobilin hərəkətini dayandırmaqla sünü tıxacın yaranmasına səbəb olur".

Vaqif Əsədov qeyd edib ki, yol qovşaqlarında hərəkət işıqforlala, yol nişanları ilə nizamlanır. Qanunvericiliyin tələblərinə müvafiq olaraq, bir sıra hallarda yollarda qurulan texnologiyalara məhəl qoyulmur:

"Süni olaraq yaranan tıxacların və sıxlığın aradan qaldırılması, yaxud yaranmaması üçün əlavə yol polisi tərəfindən naryad-qüvvələr cəlb olunur. Günün pik saatlarında süni tıxac və sıxlığın intensiv olduğu yollarda vəziyyətin aradan qalxması üçün hər bir sürücüyə tövsiyyə olunur ki, nəzərdə tutulan zolaq üzrə hərəkətə üstünlük verməklə avtomobillərini idarə etsinlər.

Müqayisə və ya istinadla deyə bilərik ki, hər bir şəhər sakini evdən çıxıb hansısa ünvana gedərkən ilk olaraq mənzil başına tez çatmaq haqqında fikirləşir. Ancaq hər bir hərəkət iştirakçısı tək özünü yox, başqalarını da düşünməli, "tələsirəm” deyib, yolda zəncirvarı problemlər yaratmamalı, tövsiyələrə həssas yanaşmalıdır".

İdarə rəsmisi vurğulayıb ki, yollarda hər bir hərəkət iştirakçısının konkret vəzifəsi ondan ibarətdir ki, qaydalara əməl etməli, məsuliyyətini dərk etməklə, təkcə özünün yox, başqalarının da hüquqlarına hörmətlə yanaşmalıdır.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol